Avropada qazın qiyməti noyabrda 20 faizdən çox bahalaşıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 noyabr, AZƏRTAC
Avropada qazın qiyməti noyabr ayının yekunlarına görə 21 faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, London ICE birjasının məlumatına əsasən, min kubmetr üçün qaz tədarükü fyuçersləri oktyabrın 31-də 432 dollar olduğu halda, hazırda 521 dollar təşkil edir.
Qiymət artımına Avropada havaların kəskin soyuması, Avstriyanın OMV şirkətinin Rusiyadan qaz axınının dayandırılacağı barədə bəyanatı və ABŞ-ın “Qazprom” şirkətinə qarşı sanksiyaları səbəbindən tədarük üçün ödəmə riskləri fonunda qaz anbarlarından rekord qaz çıxarılması səbəb olub.
Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 87 faizdən azdır. “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın sonlarından bəri Avropa İttifaqı ölkələri anbarlardan 11 milyard kubmetr qaz çıxarıb. Eyni zamanda, meteoroloqlar regionda son illərin ən soyuq qışını proqnozlaşdırır.
Hazırda Avropanın yeraltı anbarlarında 96 milyard kubmetrə yaxın qaz qalıb.
Baxış sayı:83
Bu xəbər 30 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















