Avropada yeni konsert modeli Müğənnilər aylarla səhnədə qalacaq
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Onillər boyu Las-Veqasla eyniləşdirilən "musiqi rezidensiyası" modeli – sənətçilərin şəhər-şəhər gəzmək əvəzinə aylarla eyni səhnədə çıxış etməsi konsepti – artıq Avropada geniş yayılır.
Kulis.az xəbər verir ki, Madrid bu trendin mərkəzinə çevrilərək Şakira, Bad Banni və Selin Dion kimi ulduzların çoxsaylı konsert seriyalarına ev sahibliyi edir.
Lakin "Facua" İstehlakçıların Hüquqlarını Müdafiə Təşkilatı bu modelin dinləyicilər üçün əlavə maliyyə yükü yaratdığını bildirir.
Təşkilatın baş katibi Ruben Sançes vurğulayır ki, konsertlərin tək bir şəhərdə cəmlənməsi təşkilatçıların xərclərini azaltsa da, başqa şəhərlərdən gələn pərəstişkarlar üçün yol, otel və qidalanma kimi xərclər səbəbindən konsertə getməyin ümumi dəyərini dəfələrlə artırır.
Qeyd edək ki, modelin Avropada qalıcı olub-olmayacağını isə istehlakçıların bu qiymət siyasətinə verəcəyi kütləvi reaksiya müəyyənləşdirəcək.
Almodovarın yeni filmi təqdim olunacaq “Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı? "Qızıl Portağal" film festivalının siyahısı açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















