Icma.az
close
up
RU
Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı Azərbaycana da yaxınlaşır?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropanı bürüyən ekstremal istilər ciddi fəsadlara səbəb olub. Belə ki, Fransada isti hava ilə əlaqədar ölənlərin sayının min nəfərə yaxınlaşdığı bildirilir, Almaniyada isə insanları sərinlətmək üçün küçələrdə xüsusi texnikalar vasitəsilə su səpilir.
Dəhşətli istilərin səbəbi nədir? Azərbaycanda da bu cür hava şəraiti gözlənilirmi?
Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayevin sözlərinə görə, Cənub-Qərbi Avropada son illərin ən isti iyun günləri müşahidə olunur:
“Bu cür ekstremal istilər həmin regionlar üçün adi hal deyil. Çünki bu ərazilər səhra zonası deyil və əhali belə yüksək temperatur şəraitinə öyrəşməyib. Müşahidə olunan istilərin əsas səbəbi qlobal iqlim dəyişiklikləri və Sakit okeanda baş verən, “Super El-Ninyo” adlandırılan okean səthinin güclü isinməsidir. Son 30-40 ildə bir neçə dəfə qeydə alınan bu hadisə bu il daha güclü təsir göstərərək dünyanın müxtəlif bölgələrində temperaturun artmasına, bəzi ərazilərdə isə yağıntıların çoxalmasına səbəb olur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş də bildirib ki, “Super El-Ninyo” Sakit okeanın ekvatorial hissəsində baş versə də, onun təsirləri qlobal xarakter daşıyır. Bu proses okean sularının isinməsinə, uzun illər ərzində formalaşmış okean axınlarında dəyişikliklərə və quru ərazilərdə müxtəlif iqlim fəsadlarına səbəb ola bilər”.
Ekspert bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə yağıntıların nisbətən artacağı bölgələr sırasındadır:
 

“Lakin bu, yalnız ehtimal xarakterli proqnozdur. Bununla yanaşı, ölkəmizdə yay aylarında temperaturun 40 dərəcəni keçməsi də mümkündür. Dəqiq proqnoz vermək üçün isə hələ tezdir. Buna baxmayaraq, əhali yüksək temperatur şəraitinə hazır olmalıdır. Xüsusilə son illər Abşeron yarımadasında şəhərətrafı qəsəbələrdə tikilən fərdi evlərdə həyətlərin demək olar ki, tamamilə üzlük daşı ilə örtülməsi narahatlıq doğurur.


Bir çox hallarda yaşıllıqlara yer ayrılmır və həyətlərdə cəmi bir neçə dekorativ ağac əkilir. Halbuki yaşıllıqlar havanın temperaturunu aşağı salır, daş örtüklər isə əksinə, istiliyi toplayaraq hiss olunan temperaturu 2-3 dərəcə artırır. Vətəndaşlara tövsiyə edərdim ki, həyətlərdə tut, əncir, üzüm kimi arid iqlimə uyğun meyvə ağacları əkərək yaşıllıq sahələrini artırsınlar. Əks halda, daş örtükləri sərinlətmək üçün əlavə su sərf olunacaq ki, bu da su israfına, rütubətin və həşəratların artmasına səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, temperaturun yüksəlməsinin digər ciddi nəticələrindən biri də meşə yanğınları riskinin artmasıdır:
“Xüsusilə iynəyarpaqlı ağacların üstünlük təşkil etdiyi ərazilərdə bu təhlükə daha yüksəkdir. Çünki həmin ağaclar efir yağları ilə zəngin olduqlarından tez alışırlar. Bu baxımdan meşə yanğınları həm Avropa, həm də Azərbaycan üçün aktual risk olaraq qalır”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 İyun 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri