Avroparlamentarilər Bosniya və Herseqovinada müsəlmanların soyqırımını anmaq üçün dinləmələr keçirib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Avropa Parlamenti bu həftə Srebrenitsa soyqırımının 30-cu ildönümünü qeyd etmək üçün iyulun 7-də dinləmələr keçirib.
“Report”un Avropa bürosunun verdiyi məlumata görə, Avropa Parlamentinin sədri Roberta Metsola İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qırğın olan faciəli hadisələrin unudulmamasına çağırış edib.
Daha sonra çıxış edən bütün siyasi qrupların nümayəndələri belə bir hadisənin bir daha təkrarlanmaması üçün mümkün olan hər şeyi etməyə çağırıblar.
Bununla yanaşı, bir çox natiqlər humanitar böhranın davam etdiyi Qəzzada faciəli hadisələrə diqqət yetirməyə çağırış ediblər.
Xatırladaq ki, Srebrenitsa qətliamı 1995-ci ilin iyulunda baş verib, təxminən 8 min bosniyalı müsəlman Bosniya serb ordusu tərəfindən öldürülüb. 2007-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Srebrenitsadakı vəhşilikləri soyqırımı kimi qiymətləndirib.
Bosniya serb ordusunun komandiri Ratko Mladiç 2017-ci ildə BMT hakimlərinin onu soyqırımı, insanlığa qarşı cinayət və müharibə cinayətlərində təqsirli bilməsindən sonra ömürlük həbs cəzasına məhkum edilib.
Baxış sayı:75
Bu xəbər 07 İyul 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















