Icma.az
close
up
RU
Avstriyalı ekspert: Bakı və Ələt Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat axınlarının təbii qapıları rolunu oynayır MÜSAHİBƏ

Avstriyalı ekspert: Bakı və Ələt Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat axınlarının təbii qapıları rolunu oynayır MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Orta Dəhliz Xəzər dənizi vasitəsilə Asiya ilə Avropa arasında nəqliyyat axınlarını birləşdirən qlobal logistika sisteminin getdikcə daha vacib elementinə çevrilir. Artan geosiyasi qeyri-sabitlik və ənənəvi təchizat zəncirlərinin pozulması fonunda bu dəhliz beynəlxalq yükdaşımaları üçün alternativ olur, davamlı və çevik marşrut kimi strateji əhəmiyyət qazanır.

Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş VI Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Azərbaycan özünəməxsus coğrafi mövqeyinə və sabit siyasi mühitinə görə Orta Dəhlizin inkişafında əsas oyunçudur. Ölkənin strateji vizyonu və infrastruktur investisiyaları bu marşrutu Avropa və Asiya şirkətləri üçün getdikcə cəlbedici edir.

Nəqliyyat və logistika üzrə ekspert, Avstriyada fəaliyyət göstərən “ÖBB Rail Cargo Group”un Avrasiya-Çin Əlaqələri Departamentinin rəhbəri Enike Qörfi AZƏRTAC-a müsahibəsində logistika marşrutlarının inkişaf etdirilməsinə yanaşmaların dəyişdirilməsi, Orta Dəhlizin perspektivləri, həmçinin Avropa operatorları və regional nəqliyyat tərəfdaşları arasında qarşılıqlı əlaqələri, cari qlobal tendensiyaları əks etdirən nəqliyyat operatorları ilə bağlı öz fikirlərini bölüşür.

- Siz Avrasiya-Çin Əlaqələri Departamentinin rəhbərisiniz. Son bir neçə il ərzində, xüsusən də qlobal təchizat zəncirindəki fasilələrdən sonra logistika marşrutlarının qurulması üçün prioritetlər və yanaşmalar necə dəyişib?

- Son bir neçə il ərzində qlobal tədarük zəncirlərindəki COVID-19 pandemiyasından tutmuş geosiyasi gərginliyə qədər səbəblərdən baş verən fasilələr logistika prioritetlərini əsaslı şəkildə dəyişib. “ÖBB Rail Cargo Group” üçün davamlılıq və marşrutun şaxələndirilməsi Avrasiya strategiyamızın mərkəzi sütunlarına çevrilib. Bu gün biz təkcə ənənəvi Şimal Dəhlizinə diqqət yetirmirik, Avropa sənayesi üçün davamlılıq və çeviklik təmin edən Orta Dəhliz kimi alternativ əlaqələri getdikcə daha çox inkişaf etdirir və gücləndiririk.

- Artan geosiyasi qeyri-sabitlik və Çin ilə Avropa arasında alternativ marşrutlara marağın artması fonunda Orta Dəhlizin potensialını necə qiymətləndirirsiniz?

- Orta Dəhliz alternativ variantdan Asiya ilə Avropa arasında strateji əhəmiyyətli əsas marşruta çevrilib. Son zamanlar baş verən geosiyasi qeyri-sabitliyi nəzərə alaraq, həm yükgöndərənlər, həm də hökumətlər tərəfindən bu dəhlizə maraq xeyli artıb. Xüsusilə uyğunlaşdırma, tranzit müddətləri və xərclər sahələrində davamlı problemlərə baxmayaraq, bu dəhliz Avropa ilə Asiyanı birləşdirən davamlı, rəqabətədavamlı və etibarlı körpü olmaq potensialına malikdir. Bu, “ÖBB Rail Cargo” üçün strateji əhəmiyyət kəsb edən bir marşrutdur.

- Sizcə, Azərbaycan hazırda Orta Dəhlizin logistika ekosistemində tranzit ölkə, mərkəz və ya tamhüquqlu logistika habı kimi necə fəaliyyət göstərir? Azərbaycanın infrastrukturunun, xüsusən Ələt limanı və dəmir yolu əlaqələrinin Orta Dəhliz boyu yükdaşımaların həcminin miqyasını artırmağa hazır olması ilə bağlı qənaətiniz necədir?

- Azərbaycan tranzit ölkə deyil. Ələt limanına qoyulan investisiyalar və milli dəmir yolu sisteminin modernləşdirilməsi sayəsində Azərbaycan özünü Orta Dəhlizin logistika ekosistemində mühüm qovşaq kimi yerləşdirir. Onun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə tamhüquqlu logistika mərkəzinə çevrilmək potensialı verir. Fikrimizcə, infrastruktur, xüsusən Ələtdə yaradılan şərait potensial və rəqəmsallaşmaya daha da koordinasiya edilmiş investisiyalar şərti ilə artan həcmləri idarə etmək üçün yaxşı hazırlanıb.

- ÖBB necə hesab edir, Avropanın dəmir yolu operatorları ilə Azərbaycan və Qazaxıstan da daxil olmaqla Orta Dəhliz tərəfdaşları arasında əməkdaşlıq hansı səviyyədə təşkil olunur? Avropa operatorları, o cümlədən ÖBB üçün Bakı və ya Ələt kimi mərkəzlərdə iştirakları gücləndirmək nə dərəcədə vacibdir? Onların Qafqaz regionunda mövcudluğunu genişləndirmək planları varmı?

- “ÖBB Rail Cargo Group” hesab edir ki, Avropa dəmir yolu operatorları həm ikitərəfli sazişlər, həm də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası çərçivəsində Orta Dəhliz tərəfdaşları ilə sıx əməkdaşlıq edirlər. Bizim üçün Bakı və Ələt kimi qovşaqlar strateji əhəmiyyətlidir: onlar Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat axını üçün təbii qapılardır. Bu nöqtələrdə mövcudluğumuzu gücləndirmək - hazırda strateji tərəfdaşlıqlar yolu ilə və uzunmüddətli perspektivdə potensial olaraq nümayəndəliklər və ya birgə müəssisələr vasitəsilə bu dəhlizi Avropa şəbəkəmizə inteqrasiya etmək planı strategiyamızın bir hissəsidir.

- “ÖBB Holding AG” Azərbaycanla müntəzəm uçuşlar və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) boyunca pilot layihələr həyata keçirməyi düşünürmü? Onun Azərbaycanda logistika qovşaqlarının və ya marşrut boyu digər əsas nöqtələrin inkişafına investisiya qoymaq və ya texniki dəstək vermək planları varmı? ÖBB-nin Cənubi Qafqaz və ya Xəzər regionu üzərindən tranzitlə bağlı cari və ya planlaşdırılan layihələri haqqında məlumat verə bilərsiniz?

- “ÖBB Rail Cargo” Azərbaycan, Türkiyə və Qazaxıstandan olan tərəfdaşlarla birgə Orta Dəhliz boyunca blok qatar xidmətlərini fəal şəkildə həyata keçirir. Məqsəd müntəzəmliyi, tranzit müddətini və etibarlılığı sınamaq, daha sonra layihəni müntəzəm xidmətlərlə genişləndirməkdir. ÖBB Azərbaycanın infrastrukturunun birbaşa sərmayəçisi olmasa da, biz texniki biliklərin ötürülməsi, əməliyyat əməkdaşlığı və birgə xidmət dizaynı vasitəsilə logistika qovşaqlarının dəstəklənməsi baxımından böyük potensial görürük.

- Sizcə, Orta Dəhlizin inkişafını sürətləndirmək üçün hansı tərəfdaşlıq formaları daha effektivdir – dövlət-özəl tərəfdaşlıqlar, konsorsiumlar və ya hökumətlərarası sazişlər?

- Orta Dəhlizin inkişafı yalnız çoxpilləli tərəfdaşlıq modeli vasitəsilə mümkündür. İnvestisiyaların səfərbər edilməsi üçün dövlət-özəl tərəfdaşlıq vacibdir; tənzimləyici standartların və sərhəd prosedurlarının uyğunlaşdırılması üzrə hökumətlərarası sazişlər zəruridir; konsorsium modelləri operatorlara resursları birləşdirməyə və səmərəliliyi təmin etməyə kömək edir. Fikrimizcə, ən effektiv yanaşma bütün bu güclü tədbirlərin və dəhlizlər tərəfindən dəstəklənən strategiyaların və Avropa ölkələrinin dəstəklədiyi siyasi institutların birləşməsidir. Məsələn, Avropa İttifaqının “Global Gateway” təşəbbüsündə olduğu kimi”.

- Davamlılıq və karbonsuzlaşdırma məsələləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi logistika dəhlizlərin strateji planlaşdırılmasına necə təsir edir? Azərbaycandan keçən marşrut “yaşıl dəhliz” kimi mövqeyə sahib ola bilərmi?

- Davamlılıq və karbonsuzlaşdırma “ÖBB Rail Cargo”nun korporativ strategiyasının təməl daşlarıdır. Dəmir yolu nəqliyyatı artıq enerji istehlakında altı dəfə azalma və avtomobil nəqliyyatı ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı emissiya təklif edir. Elektrikləşdirmə, limanlarda və terminallarda bərpaolunan enerjidən istifadə və səmərəliliyin artırılması üçün rəqəmsal sistemlərin tətbiqi kimi əlavə tədbirlər həyata keçirilərsə, Orta Dəhliz, xüsusən də Azərbaycandan keçən marşrut “yaşıl dəhliz” mövqeyinə sahib ola bilər. Bu, təkcə dəhlizin rəqabət qabiliyyətini artırmayacaq, həm də onu Avropa Yaşıl Sazişinə və qlobal davamlı inkişaf məqsədlərinə uyğunlaşdıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri