Icma.az
close
up
RU
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq YENİLİK

Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq YENİLİK

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Avtomatik sürətlər qutusu ilə təchiz edilmiş avtomobillərdə sürücüyə mexaniki ötürmə təcrübəsi yaşatmağa imkan verən yeni texnologiya hazırlanıb. “Quickshift” adlı sistem debriyaj pedalına ehtiyac olmadan sürücünün ötürmələri özü dəyişməsinə imkan verir.

Avtosfer.az xəbər verir ki, “Limitless Engineering” şirkəti tərəfindən hazırlanmış sistem avtomatik sürətlər qutusu ilə idarə olunan avtomobillərdə mexaniki ötürmə hissini yaratmağı hədəfləyir.

Ferris Rezvaninin imzasını daşıyan “Quickshift” ənənəvi mexaniki sürət qoluna bənzəyir. Sistem avtomobilin mövcud transmissiya idarəetmə bloku ilə əlaqə yaradaraq sürücüyə ötürmələri özü seçmək və mühərrikin dövrlərini uyğunlaşdıraraq keçidlər etmək imkanı verir.

Sistemin əsas fərqi isə ənənəvi mexaniki avtomobillərdən fərqli olaraq debriyaj pedalına ehtiyac yaratmamasıdır.

“Quickshift”in digər diqqətçəkən xüsusiyyəti avtomobilin konstruksiyasında qalıcı dəyişiklik tələb etməməsidir. Şirkətin məlumatına görə, sistem bir neçə saat ərzində quraşdırıla və zərurət yarandıqda avtomobildən çıxarıla bilər.

Texnologiyanın iş prinsipi “Ferrari 458” üzərində nümayiş etdirilib. Bununla belə, Ferris Rezvani sistemin yalnız bir avtomobil modeli ilə məhdudlaşmadığını və müxtəlif avtomobillərə uyğunlaşdırılmaq üçün hazırlandığını bildirib.

Rezvaninin sözlərinə görə, müasir avtomobillərdə texnologiyanın inkişafı sürücülə avtomobil arasındakı bəzi fiziki əlaqələri arxa plana keçirib. “Quickshift” isə sürücünün ötürmə qoluna toxunması, onun mexaniki hərəkətini hiss etməsi və mühərrikin reaksiyasını eşitməsi kimi elementləri yenidən sürüş təcrübəsinə qaytarmağı hədəfləyir.

“Quickshift köhnə tipli mexaniki transmissiya deyil, mexaniki sürətlər qutusunun müasir versiyası kimi hazırlanıb”, – deyə Rezvani bildirib.

Bununla belə, sistemlə bağlı əsas suallardan biri onun qiymətidir. “Limitless Engineering” əsasən fərdi sifarişlər əsasında layihələr həyata keçirdiyindən “Quickshift” üçün bütün avtomobillərə şamil olunan vahid qiymət açıqlanmayıb.

Sistemin yekun qiymətinin avtomobilin modelindən, quraşdırmanın əhatə dairəsindən və interyerə nə dərəcədə inteqrasiya olunacağından asılı olaraq dəyişəcəyi bildirilir. Xüsusilə daha köhnə və nisbətən ucuz

avtomobillərə belə bir sistemin quraşdırılması bəzi hallarda avtomobilin dəyərinə yaxın və ya ondan yüksək xərc tələb edə bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Oktyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri