Ayağa qalxıb danışa bilmirlər, pərdə arxasından isə bizə... Sədrdən etiraf
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Fələstin və Qüds məsələsi bizim üçün çox vacibdir.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
Açıqlamasında bu məsələnin Türkiyə üçün əhəmiyyətini vurğulayan sədr Fələstini sonadək müdafiə edəcəklərini bildirib.
“Əvvəllər beynəlxalq görüşlərdə yalnız biz iştirak edirdik. İndi ayağa qalxıb kürsüdən danışa bilməsələr də, pərdə arxasından bizə təşəkkür edirlər. Biz hər platformada bunu müdafiə etməyə davam edəcəyik. Fələstin bizim üçün milli məsələdir”, – deyə TBMM sədri söyləyib.
Əliyar Xəlil

