Icma.az
close
up
RU
Aybənizin ölümündə yeni detallar: Həkimin ali təhsili olmayıb

Aybənizin ölümündə yeni detallar: Həkimin ali təhsili olmayıb

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

29 yaşlı Aybəniz Almuradovanın ötən ilin iyununda liposaksiya əməliyyatı zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işinin yeni təfərrüatı məlum olub.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, iki uşaq anası Aybəniz Almuradova "Reo-Med" klinikasında əməliyyat edilən zaman dünyasını dəyişib. Almuradovanın ölümündə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirdi.

Günahkar kimdir?

Mətanət Eyvazova xəstənin ölümündə əli olmadığını, xəstəyə əlini belə vurmadığını demişdi. İş üzrə əsas təqsirləndirilən şəxs kimi anestezioloq Babək Mahmudov göstərilirdi. Lakin mərhumun ailəsi həkimdən də şikayətçidir. Babək Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmənin hökmü ilə B.Mahmudov barəsində 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis kimi bildirib ki, B.Mahmudova ağır cəza verilməsini, həkimin də məsuliyyətə cəlb edilməsini istəyirlər.

Klinika heç bir məsuliyyət daşımır?

İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin "müalicə işi və profilaktika" fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. "Reo-Med" klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.

Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. "Markain" adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.

Təqsirləndirilən şəxsin ifadəsindən məlum olub ki, hadisənin baş verdiyi klinikanı Əli və Aysel adlı şəxslər işlədirmiş. Onlar klinikanın bir neçə həftə əvvəl yeni icarəyə götürüblərmiş:

"Mənə dedilər ki, "Alo doktor" klinikası da onlarındır. Bu klinikanın da adını dəyişib "Alo doktor" qoyacaqlarını dedilər".

Babək Mahmudovun ifadəsində maraqlı məqamlar da üzə çıxıb:

"İşlə bağlı danışdığımız gün Əli müəllim klinikada yenidənqurma işləri apardığını dedi. "Sabaha beş əməliyyatımız var, gəl sabahdan anestezioloq kimi işə başla" deyərək məni işə qəbul elədi. Aylıq 1000 manat əməkhaqqıya razılaşdıq. Səhər işə gəldiyim gün Aybəniz Almuradovanı anesteziya edilməsi üçün əməliyyata hazırlayarkən qarın nahiyəsində piy kütləsi çox olmadığından əməliyyat uzun vaxt tələb etməyəcəyinə görə anesteziyanı spinal qaydada etməyi qərarlaşdırdım. İlk dəfə spinal anestezi aparatını Aybənizin bel fəqərəsinə daxil etdikdə Aybənizin halı pisləşərək təzyiqi aşağı düşdü. Aybənizə "kafein" inyeksiya edib, ayaqlarını yuxarı istiqamətdə qaldırdıq. Təzyiqi normallaşandan sonra yenidən spinal anesteziya edərkən 2-3 dəqiqə sonra xəstə anafilaktik şok keçirdi. Əl və ayaq nahiyələrində qıcolma, çənə kilidlənməsi, göz bəbəklərinin yuxarı doğru hərəkəti müşahidə olundu. Ürəyi dayandığına görə xəstəyə qapalı kardioloji masaj tətbiq etdik. Ürək ritmini geri qayıtdıqdan sonra "Məlhəm" hospitalına köçürüldü".

Babək Mahmudovun ifadəsindən məlum olub ki, klinika rəhbərliyi onun ixtisasının anestezioloq olmadığını bildikləri halda işə götürüblər.

Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis dindirilən zaman bildirib ki, bacısına huşu qapalı olmasına baxmayaraq, ikinci dəfə anesteziya iynəsi vurulub: "Bu göstərişi həkim Mətanət Eyvazova verib. Təqsirləndirilən şəxsdən şikayətçiyik. Mətanət Eyvazovanın da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik".

Mətanət Eyvazova isə mətbuata açıqlamasında xəstənin ölümündə əli olmadığını bildirib:

"Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsədilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi, xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var".

Həkim M.Eyvazova məhkəmədə bildirib ki, ali tibb təhsili olmayıb:

"Klinikaya kosmetoloq kimi işə qəbul edilmişdim. Yüngül prosedurları həyata keçirdim. Əməliyyat zamanı xəstəyə növbəti iynənin vurulmasını göstərişini mən verməmişəm. Aybəniz Almuradovanı "Məlhəm" klinikasına mən aparmışam. Xəstənin müalicəsi üçün bütün xərcləri də mən qarşılamışam".

Qeyd edək ki, "Reo-Med" klinikasını idarə edən Əli Hüseynov "Dünya TV"nin rəhbəri Ramiz Hüseynovun oğludur. Əli Hüseynovun adı yerli mətbuata yad deyil. Bir neçə il əvvəl Əli Hüseynovun avtomobillə adam vuraraq öldürməsi barədə də məlumatlar dərc edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri