Icma.az
close
up
RU
Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub

Ayda maqnit sahəsinin sirri ilk dəfə izah olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

Beynəlxalq alimlər qrupu Ay geologiyasının uzun illərdir müzakirə olunan bir sirrinə izah verib: niyə “Apollon” missiyaları ilə Yerə gətirilmiş bəzi süxur nümunələri keçmişdə Ayda güclü maqnit sahəsinin mövcud olduğunu göstərir. Tədqiqat Nature Geoscience jurnalında dərc olunub.

Hazırda Ayın maqnit sahəsi çox zəif və lokal xarakter daşıyır və Yerin kimi güclü və qlobal maqnit sahəsindən fərqlənir. Lakin yaşı təxminən 3,5 milyard il olan Ay süxurlarının nümunələri göstərir ki, keçmişdə peykin maqnit sahəsi xeyli güclü olub və bəzi hallarda indiki Yer maqnit sahəsi ilə müqayisə edilə biləcək səviyyəyə çatıb. Bu fakt uzun müddət alimləri çaşdırıb. Çünki Ay Yerdən xeyli kiçikdir və Yerin maqnit sahəsini təmin edən daxili proseslərə və enerji mənbələrinə malik deyil.

Oksford Universitetinin tədqiqatçıları belə ehtimal irəli sürüblər ki, Ayın süxurlarında qeydə alınan güclü maqnit siqnalları uzun müddət mövcud olmuş güclü sahə ilə deyil, maqnit aktivliyinin nadir və qısamüddətli güclənmələri ilə bağlı ola bilər.

Alimlər Ayın qədim lava düzənliklərində yaranmış vulkanik süxurlar olan dəniz bazaltları adlandırılan süxurları yenidən təhlil ediblər. Araşdırma nəticəsində müəyyən olunub ki, ən güclü maqnitləşmiş nümunələrdə titan elementinin miqdarı daha çoxdur.

Daha sonra tədqiqatçılar belə süxurların formalaşma proseslərinin Ayın maqnit sahəsinə necə təsir edə biləcəyini öyrənmək üçün bunu kompüterdə modelləşdiriblər. Nəticə göstərib ki, nüvə ilə mantiya sərhədinə yaxın ərazilərdə titanla zəngin süxurların əriməsi nüvədən çıxan istilik axınını gücləndirə bilər. Bu isə maqnit sahəsini yaradan dinamo prosesini müvəqqəti olaraq aktivləşdirə və ya gücləndirə bilər.

Eyni proseslər titanla zəngin olan lava püskürmələrinə də səbəb olub. Məhz belə süxurlar “Apollon” missiyalarının astronavtları tərəfindən toplanaraq Yerə gətirilib.

Geoloq Con Ueydin sözlərinə görə, nəticələr mövcud nümunələrin məhdud olması səbəbindən müəyyən dərəcədə təhrif olunmuş görünə bilər. “Əgər yadplanetlilər Yerə cəmi altı dəfə gəlib nümunələri yalnız bir ərazidən toplasaydılar, onlar da oxşar yanlış nəticələrə gələ bilərdilər”, – deyə o qeyd edib.

Yeni nəzəriyyəyə görə, Ayda güclü maqnit sahəsinin mövcud olduğu dövrlər cəmi bir neçə min il davam etmiş ola bilər. Bu isə Ayın ümumi yaşı ilə müqayisədə çox qısa müddətdir.

Tədqiqatın müəllifləri etiraf edirlər ki, model məhdud sayda məlumatlara əsaslanır, çünki alimlərin ixtiyarında yalnız az sayda Ay süxuru nümunəsi var. Lakin gələcək kosmik missiyalar bu nəzəriyyəni yoxlamağa kömək edə bilər.

“Artıq Ayın maqnit sahəsinin müxtəlif səviyyələrinin izlərini hansı tip süxurların saxlamalı olduğunu proqnozlaşdıra bilərik”, - deyə geofizik Saymon Stivenson bildirib. Onun sözlərinə görə, Artemis proqramı çərçivəsində planlaşdırılan gələcək missiyalar yeni nümunələrin toplanmasına və Ayın maqnit sahəsinin tarixinin daha yaxşı öyrənilməsinə imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri