Icma.az
close
up
RU
Ayın tarixində yeni səhifə

Ayın tarixində yeni səhifə

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparat NASA-nın müxtəlif tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş onlarla cihazını Aya çatdırıb. Onların arasında təbii peykimizin maqnit sahəsini ölçmək və qrunt nümunələri toplamaq üçün nəzərdə tutulan alətlər də var.
Aya enməzdən qabaq “Blue Ghost” bir müddət onun orbitində fırlanmışdı
“Blue Ghost” - özəl şirkət tərəfindən Aya göndərilən ikinci aparatdır. Bunu edən birinci özəl şirkət “Intuitive Machines” ötən il fevralın 22-də “Odissey” (Odysseus) adlı qurğunu təbii peykimizə göndərmişdi. Amma uğursuz eniş zamanı zədələnən aparat ciddi fayda verə bilməmişdi. Eyni şirkət hazırda yaxın günlərdə “Athena” adlı kosmik cihazının Ayın cənub qütbünün yaxınlığında enəcəyini gözləyir.
Beləliklə, “Blue Ghost” – Aya ilk uğurlu özəl missiyadır. Onun fəaliyyəti 14 gün davam edəcək. Aparat Yerdən adi gözlə görünən “Böhran dənizi” adlı nəhəng kraterdə tədqiqat aparacaq.

Ekspertlər qeyd edirlər ki, bu missiyalar insanın Aya qayıdışını hazırlamaq məqsədilə həyata keçirilir. Xatırladaq ki, Aya pilotlu missiya sonuncu dəfə 1972-ci ilin dekabrın 19-da həyata keçirilən “Apollon 17” olmuşdu.
“Apollon” missiyaları bütövlükdə nəhəng uğur olsa da, onlar daha çox “qon və uç” xarakterli idi. Astronavtlar Ayda bugünkü nöqteyi-nəzərdən ciddi sayıla biləcək araşdırmalar aparmırdılar. Milyardlarla dollar sadəcə Amerikanın hamıdan qabaq Aya uçduğunu göstərmək üçün sərf olunurdu. Buna görə də “Apollon” proqramı səmərəsiz sayılaraq, dayandırılmışdı.

İndi isə dünyada yeni “Ay yarışı” başlayıb: Eyni vaxtda bir neçə ölkədə təbii peykimizə “canlı” missiyaların bərpası üçün hazırlıqlar gedir.
Tariyel Həsənov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see581

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see352

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see349

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see324

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see286

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see267

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see239

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see212

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see212

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see205

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see198

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see196

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see194

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see190

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see185

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see184

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see179

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see176

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see173

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri