Icma.az
close
up
RU
Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş

Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı həbs edilən Cəmil Koç haqqında Diyarbakırda dini nikahla birlikdə yaşadığı keçmiş həyat yoldaşı Ejegül Ovezovanın ölümü ilə bağlı da qəsdən adam öldürmə maddəsi ilə iddianamə tərtib edildiyi məlum olub.

Milli.Az yerli mətbuata itinadən xəbər verir ki, iddianamədə Koçun Ovezovanı 8-ci mərtəbədən ataraq ölümünə səbəb olduğu, qadının dırnaqlarında isə Koçun DNT izlərinin aşkarlandığı qeyd edilib.

Keçmiş həyat yoldaşının ölümü ilə bağlı da cinayət işi açılıb

Cemil Koçun 2023-cü il 24 iyul tarixində Diyarbakırın Bağlar rayonunda 8-ci mərtəbədən yıxılaraq həyatını itirən Ejegül Ovezova ilə bağlı da aparılan istintaq çərçivəsində əsas şübhəli olduğu ortaya çıxıb. Diyarbakır Respublika Prokurorluğu tərəfindən 4 iyul 2025-ci il tarixində hazırlanan iddianamədə hadisənin baş verdiyi mənzildə aparılan araşdırmalarda döşəmədə və mebellərdə qan ləkələrinə rast gəlindiyi, bu qan izlərinin böyük əksəriyyətinin mərhum Ejegül Ovezovaya aid olduğu bildirilib.

Dırnaqlarında Cəmil Koçun DNT-si tapılıb

İddianamədə şübhəli Koçun ifadəsinə də yer verilib. O, hadisə zamanı hamamda olduğunu, bir səs eşidərək salona keçdiyini, orada Ovezovanı görmədiyini, aşağı düşdükdə qadını yerə sərilmiş vəziyyətdə tapdığını və onun intihar etdiyini düşündüyünü bildirib.

Ancaq Məhkəmə -Tibbi Ekspertizanın hesabatında Ovezovanın dırnaqlarından götürülən nümunələrin həm mərhuma, həm də Cemil Koça aid DNT izləri ehtiva etdiyi qeyd olunub. Bu, tərəflər arasında fiziki qarşıdurmanın yaşandığını göstərib. Nəticədə, Koçun qadını pəncərədən itələyərək ölümünə səbəb olduğu və bu səbəbdən ona qarşı "qadına qarşı qəsdən adam öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə cinayət işi açıldığı vurğulanıb.

Evə aid dəlillər də şübhələri gücləndirib

İddianamədə evin salonunda, paltaryuyan maşının içindəki yorğan üzərində və yataq döşəyinin kənarında tapılan qan izlərinin mərhuma aid olduğu qeyd olunub. Hərçənd ki, qadının bədənində heç bir yara və ya kəsik izi aşkar olunmayıb, bu səbəbdən evdəki qan izləri ilə ölüm arasında birbaşa əlaqə qurulmayıb. Lakin dırnaq altından götürülən DNT nümunələri nəzərə alınaraq Koçun qadını qəsdən öldürdüyünə dair yetərli şübhə formalaşdığı bildirilib. Bu səbəbdən ona qarşı Türkiyə Cəza Qanununun 82/1-f maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri