Icma.az
close
up
RU
“Az bəsdi, adam ərini ağlamaz, ayıbdı!”

“Az bəsdi, adam ərini ağlamaz, ayıbdı!”

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Atam dünyasını dəyişəndə heç nədən xəbərsiz dəniz sahilində oturub dincəlirdim. Qəfildən anam zəng vurdu, - papanın vəziyyəti yaxşı deyil, gəlin dedi! Uşaqlarım balacaydıonda. Dənizdən çıxmaq istəməyən körpələrin əlindən tutubsürüyə-sürüyə evə necə gətirdiyimi xatırlamıram. Bilirdim, songünlər canı ilə əlləşən atamın vəziyyəti yaxşılıqdan keçib. Anamın səsindəki qətiyyətli ton da atamın artıq dünyadaolmamasından xəbər verirdi. Atamgilə çatanda yas düşə bütünevlər kimi məni ilk qarşılayan qohum-qonşuların tələm-tələsikora-bura çıxarıb atdıqları ayaqqabılar oldu.

Onu üzü qibləyə uzatmışdılar. İki il amansız xəstəliyincaynağında çapalayan, ölmək istəməyən adamın əzablarındanruhunu xilas edən quru bədən qoyulmuşdu ortalığa. Atamınmeyitinin üstündə anam təkcənə oturmuşdu. İki il xəstə ərinəbaxan yorğun əllərini aram-aram dizlərinə çırpır, ağı deyibağlayırdı. Birdən yerdə oturanlardan kimsə amiranə səslə dedi - az bəsdi, adam ərini ağlamaz, ayıbdı! Anam onunla da xırpsəsini kəsmişdi. Ürəyinin dərinliklərindən süzülüb gələn isti gözyaşı mavi gözlərinə yığılıb üzü aşağı damcılayırdı.

Anam məni görən kimi ürəkləndi. İçəridə oturanlarınhamısı nəzərlərini cənazədən və anamdan çəkib mənə zillədi. Cənazəni görəndə atamın ölümündən çox onun çəkdiyi əzablargözümün qarşısına gəldi. Əl atıb üzünü örtən mələfəniqaldırdım. Otaqdakılar hamısı içini çəkib, diksindi. Qolumdanyapışdılar, - a bala, neynirsən havalanarsan, ağlın gedər, balaların qalar ortalıqda dedilər. Onun sifətinin sol tərəfi içəriyədoğru çəkilmiş, üstündə çapıq olan iri burnu sanki quruyub yoxolmuşdu. Anam sonralar dedi ki, bircə dəfə xırıldadı, sonradərindən nəfəs alıb keçindi.

Ağlamadım, hıçqırmadım. Onu dəfn etməyə aparanda, aparmayın dediyimi, bir də tünd valerian qoxusunu xatırlayıramancaq...

Sonrakı günlərdə də gözümdən yaş gəlmədi. Ürəyimyanırdı, odlanırdı, amma bu yanğının külü hara səpələnirdibilmirəm. Arxamızda dağ boyda anam vardı. Üç uşaq hamımızona qısılmışdıq, ona güvənirdik. Atamız getdi, eybi yox, anamızki, var deyib təsəlli tapdıq. Anam da möhkəm qadın idi. Hərgün, hər an yanımızda oldu. Bizi bir gün gözündən qoymadı, zəng vurmayanda zəng vurdu, evinə getməyəndə, özü durubevimizə gəldi. Elə bil anadan dul qadın kimi doğulmuşdu.

Evin ən cığal, ən qəzəbli uşağı mən idim. Onunla çoxdalaşdırdım. Üzdən hər şeylə barışmış kimi görünsəm də, atamın ölümünü qəlbən heç kimə bağışlamırdım. Özümü dərkedəndən onun nə cür əziyyətlər çəkdiyini gözümlə görmüşdüm, əzablarını bütün içimdən keçirmişdim. Cavanlıq illəri, qaçqınçılıqdan sonra yaşadığı məşəqqətlər, ali təhsilli müəllimolsa da, heç yerdə iş tapmayıb, çörək, corab satmasını, müəllimlik qürurunun sınmasını dəfələrlə izləmişdim. İndielindən-obasından yüz kilometrlərlə uzaqda miskin, qaçqınömrünü hamı kimi sona çatdırmışdı atam. Həyatdan kamalmadan getmişdi.

Heç kimə bağışlaya bilmirdim, bilməzdim bu gedişi. Gündəlik yaşayışımda isə təmkinli, sakit ömür sürməyəçalışırdım. Ürəyimin dərinliklərinə lağım atıb, onunla bağlı, ümumiyyətlə, yaşadığımız çətinliklərin yaratdığı acıtəəssüratların hamısını həmin lağımın qatlarında gizlədib, basdırırdım. Getdikcə həmin lağımlar dərinləşib nəhəng quyuyaçevrildi.

On bir il sonra həmin quyuya anamla bağlı səssizhıçqırıqlar, hönkürtülər, hayqırtılar da əlavə olundu. Son ümidyerimiz anam günlərin birində, hamımızdan uzaqda, soyuqxəstəxana otağının birində canını tapşırdı. Anam öləndə güclüolmağa, görünməyə məcbur oldum. Bacımı sakitləşdirməli, qardaşıma dayaq olmalıydım. Yenə də dəqiq xatırlayıram, anamın ölümünə heç cür ürəkdən ağlaya bilmədim. Amma budəfə ağlamağa imkan olmadı. Sonralar ordan-burdan eşidirdim, halal olsun, özünü kişi qızı kimi apardı - deyirdilər.

Deməli, ananın ölümünə ağlamamaq, özünü tox tutmaqüçün mütləq kişi qızı olmalıydın. Amma mən içimdə qazdığımquyuya, anama ağlaya bilməməyin yükünü, dərdini yığmaqla, ört-basdır etməyə çalışırdım. Əslində özüm qazdığım quyuya, özümdən xəbərsiz yıxılırdım.

Atamı zaman-zaman hekayələrimdə, yazılarımda həzin-həzin xatırlayırdım, kövrəlirdim. Amma anamın xatirəsinə yaxındura bilmirdim. Şəklini böyüdüb şkafın gözünə qoysam da, ənyekə vazanı gətirib düz anamın şəklinin qarşısına qoydum. Onun gözləri ilə üz-üzə gəlməkdən, narın gülüşü iləraslaşmaqdan it kimi qorxurdum.

Bilirdim ki, anamı xatırlasam, onunla bağlı anlara, günlərəgedib çıxsam, geri qayıtmaq mənim üçün çətin, bəlkə dəmümkünsüz olacaq. Mənimsə bu həyatda yaşamaqməsuliyyətim, övladlarım vardı. Bu gündə yaşamağa məcburidim. Mənə keçmiş, atalı-analı günlərə gedib çıxmaq, oralarlayaşamaq zərərli idi. Gələcəyə baxmaq lazımıydı. Amma hansıkeçmişlə baxmalıydım həmin gələcəyə?!

Uşaqlığı 1993-cü ilin avqust ayında bitən, işğaldan sonrabircə gündə böyüyən, ömrünün narahat illərinin xeyli hissəsinigeridə qoyub həmin gələcəyə necə, hansı ürəklə getməliydim, özüm də bilmirdim.

İçimdəki quyunun isə çoxdan üstü bağlanmış, ətrafındaot-ələf cücərmişdi. Hansısa güclü təkan, zəlzələ olmasa, həminquyunun üstünün açılması, içindəkilərin bayıra sıçramasımümkün deyildi.

Hər halda mən belə düşünürdüm, ancaq ilk dəfə 2021-ciildə Cəbrayıla birinci səfər edəndə həmin quyu möhkəm təkanlasilkələndi, ordan burdan çat verdi. Ot-ələf kökündən qopubkənara düşdü.

Sonra növbəti Cəbrayıl səfərləri başlandı. Hər dəfətəkrarlanan bu yarımgünlük səfərlər mənim illərlə unutmaqistədiyim, unutduğumu düşünərək özümü aldatdığım quyumu, bəlkə də mağaramı bir az uçururdu. Nəhayət, bu ilin iyul ayındaCəbrayılda bir neçə gün ard-arda qaldım.

32 iki ildən sonra ilk dəfə Cəbrayılda gecələdim. Gecəylə, gündüzlə, özümlə təkbətək qala bildim. Həyatımdan çıxıbgetmiş bütün xoş günlərə, xatirələrə, uçub dağılan evimizə, məktəbimizə, yollara, cığırlara, atama, anama saatlarla ağladım. Və onda anladım ki, insan doğmalarının ölümündə ağlamalı, ürəkdən hönkürməli, anasının, atasının tabutundan sallaşıbaparmağa qoymamalı, bağırıb qışqırmalıdı, nəinki içində quyudüzəltməlidir.

Qarış-qarış böyüdüyüm torpağın yer üzündən silinənyaşayış yerlərinin yanında təkbaşına gəzəndə hiss elədim buhəqiqəti. Hər yeri gəzib dolandım, bütün xatirələrimi gün işığınaçıxardım, amma heç bir təskinlik tapa bilmədim. Hər şeydağılmışdı, bitmişdi, məhv olmuşdu. Uşaqlığımdan, keçmişimdən iynə ucu boyda nişanə görmək üçün böyüdüyümevin, oxuduğum məktəbin, gəzdiyim küçələrin bir addımlığınada yaxın düşə bilmirdim. Qara torpaq doğmalarımı əlimdənaldığı kimi xatirələrimə nişan olacaq məkanları da udub yoxetmiş, torpağa çevirmişdi. Bütün keçmişim balaca-balacatəpələrin altında itib-batmış, yox olmuşdu.

Cəbrayıla köçən sakinlər həmin dağılmış küçələri dəstə-dəstə gəzirdilər. Hamı nəsə axtarırdı. Kimisi bir ağacın dibində, kimisi uçuq-sökük tikililərin tinidə, kimisi, daşda, qayada. Amma heç kim axtardığını tapmırdı. 28 illik zaman axıb getmiş, yox olmuşdu. Biz hamımız zamanımızı salıb itirmişdik. Həyatımız üç hissəyə bölünmüşdü. Müharibədən əvvələ, müharibə dövrünə və ondan sonrakı - bugünkü dövrə.

Bizə bitməyən, sonu olmayan həsrət, bir də bomboşquyular, mağaralar qalmışdı.

Ümid yerim, təsəllim isə Cəbrayıldakı xarabalıqlarınortasında gül kimi açılan yeni yaşayış binaları, onların həyətindəora-bura qaçışan balaca, totuq-motuq uşaqlar idilər. Onlarmüharibə görməmişdilər, onlar valideynlərinin yaşadıqlarıağrıları yaşamamışdılar. Şad-xürrəm ata-baba torpaqlarında, hərqarışı şəhid qanı ilə yuyulan vətəndə böyüyürdülər. Onlar qələbəqazanan, tarix yazan kişilərin oğulları, qızları, qalib ölkəninövladlarıydılar!

Avqust, 2025

Kulis.az

Samirə Əşrəf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri