Icma.az
close
up
RU
AZAL qəzasının canlı şahidi: Hamımız ölə bilərdik, onlar özlərini qurban verdilər FOTO

AZAL qəzasının canlı şahidi: Hamımız ölə bilərdik, onlar özlərini qurban verdilər FOTO

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün özlərini qurban verdilər”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında ötən il 25 dekabrda Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin sərnişini 21 yaşlı Ayxan (Ayhan) Bayramzadə deyib. O, 38 nəfərin həlak olduğu, 29 nəfərin yaralandığı qəza gününü belə xatırlayır:

“Qroznıya işləməyə gedirdim. Əmimgil orada yaşayır. Təyyarəyə ilk dəfə minirdim deyə çox həvəsli idim. Həmin gün mənim biletimi elə Hökumə xanım özü yoxlamışdı. Qəza anında kim fikirləşə bilərdi ki, oradan sağ çıxacaq?! Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün qəhrəmanlarımız özlərini qurban verdilər”. 

A.Bayramzadə deyir ki, qəzadan sonra xəstəxanda olarkən ailəsi ilə əlaqə yarada bilib:

“Qəzadan sonra bizi Qazaxıstanda xəstəxanaya apardılar. Həkimlərə birtəhər başa saldıq ki, kiməsə zəng etmək lazımdır. Bir xanım həkim yaxınlaşıb mənə telefonunu verdi, dedi ki, götür kimə istəsən, zəng elə. Açığı, nömrələr yadımda deyildi, yalnız instaqram hesabımın şifrəsini xatırlayırdım. Profilimə daxil olub əmimgilə yazdım ki, vatsapla atdığım bu nömrəyə yığın. Ondan sonra yığdılar. Onlara dedim ki, bu nömrəni evdəkilərə atın, zəng eləsinlər. Sonra da danışdıq. 

Həmin gün təyyarədə tandığım heç kim yox idi, amma hadisədən sonra qəzada yaralanan bir neçə şəxslə - Samirlə, Zaminlə dostlaşdıq, günü bu gün də əlaqə saxlayırıq. Qəzadan sonra mayın 5-də Dağıstana uçmuşam. Öz pilotlarımıza necə lazımdır, güvənirəm. Hadisədən sonra qəza qurbanlarının məzarını ziyarət etmişik”, - deyə o əlavə edib.

Qeyd edək ki, qəza günü A.Bayramzadə Lənkəranın Lüvəsər kəndindəndir. Hadisə günü əvvəlcə Ayxanın bacısına onun ölüm xəbəri verilib, qəzadan sonra ərazidən çəkilən görüntüləri sayəsində Bayramzadələr ailəsi onun sağ olduğunu öyrənib.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin 25.12.24-cü il tarixində Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau istiqamətini seçib.

Pilotların qəhrəmanlığı nəticəsində təyyarə Aktau şəhərinə qədər uçub, aeroporta 3 km qalmış təyyarə qəza enişi etməli olub.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Qəzada kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

Billurə Yunus
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri