Icma.az
close
up
RU
Azər Bağırov: Qələbə qazansaydıq, Zirə ilə matça fərqli motivasiya ilə çıxa bilərdik

Azər Bağırov: Qələbə qazansaydıq, Zirə ilə matça fərqli motivasiya ilə çıxa bilərdik

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Kəpəz" Misli Premyer Liqasının 23-cü turunda Tovuz şəhər stadionunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı oyun alındı. İki fərqli hissə izlədik. Məncə, ilk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xətdə, həm də cinahlarda "dişsiz" olduq. Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq".

- Oyundan sonra çox əsəbi görünürdüz. Aqressiyanız hakimlərə idi?

- Hakimlərə deyildi, öz futbolçularıma idi. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, "Zirə" ilə matça fərqli motivasiya ilə çıxa bilərdik.

- Matçdan əvvəl desəydilər ki, bu gün heç-heçə olacaq. İnanardız?

- Maraqlı sualdır. Amma hər məşqçi meydana qələbə üçün çıxır. Həddindən artıq qələbə istəyirdik.

- Müdafiənin mərkəzində problem hiss olunur?

- Cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanada ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Orta xətt oyunçusunun orada oynaması problem deyil.

- Əlinizdə olan heyətin potensilı bundan da artığına qadirdir?

- Günü-gündən daha yaxşı olmağa çalışırıq. Səhvlərin sayını azaltsan, daha sadə, səhvsiz oynasan, xallar qazanacaqsan. Futbolçulardan əsas tələbimiz odur ki, az səhv etsinlər. Çatışmazlıqlarımız çoxdur.

- Fasilədə hücum xətinin iki oyunçusunu əvəzləməyinizin səbəbi nə idi?

- Daha çox cinahlarda oyun qurmaq istədik. Bəzi epizodlarda bu alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədilər. Camal Cəfərov və Trent Buhagiar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri