Icma.az
close
up
RU
Azər Kərimli: İtaliya Senatının Azərbaycanla bağlı qətnaməsi ölkəmizin regionda sülh təşəbbüsünü dəstəkləyir

Azər Kərimli: İtaliya Senatının Azərbaycanla bağlı qətnaməsi ölkəmizin regionda sülh təşəbbüsünü dəstəkləyir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya Senatı Azərbaycanın regionda sülh təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

“Ötən gün İtaliya Senatı Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin dəstəklənməsi təşəbbüsləri haqqında qətnamə qəbul etdi. Ümumilikdə 112 senator bu qətnamənin lehinə səs verdi və sənəd yekdilliklə qəbul olundu. Bu qətnaməni hazırlayan və imzalayanlar hazırda İtaliya hakimiyyətinə müxalif olan partiyaların üzvləridir. Qətnamənin təşəbbüskarı və müəllifi isə “Italia Viva” Partiyasının üzvü İvan Skalfarottodur”, - deyə deputat qeyd edib.

Bu qətnamə layihəsinin hələ bir neçə ay əvvəl hazırlandığını söyləyən A.Kərimli vurğulayıb: “Qətnamədə Azərbaycanın əleyhinə bir çox müddəalar var idi. Amma İtaliya Senatında olan Azərbaycanın dostları sayəsində dünən qəbul edilən qətnamənin son versiyasında ölkəmizin əleyhinə olan bütün bu müddəalar aradan qaldırıldı. Ən əsası isə qətnamədə Azərbaycanın işğaldan azad etdiyi ərazilərin minalanması faktı ilə bağlı müddəa öz əksini tapdı. Azad olunmuş ərazilərdəki mina probleminin həmin bölgələrdən olan qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmalarına maneə yaratdığı bildirildi. Beləliklə, Azərbaycanın regionda sülh təşəbbüsünü dəstəkləyən qətnamə qəbul olundu”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri