Icma.az
close
up
RU
Azərbaycan: 2025 ci ildə süni intellektə hazırlıqda lider irəliləyiş

Azərbaycan: 2025 ci ildə süni intellektə hazırlıqda lider irəliləyiş

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edən ölkələrdən biri olub.

“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” (Government AI Readiness Index 2025) hesabatına əsasən, Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə mühüm irəliləyiş əldə edib. Ölkəmiz bir il ərzində 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə, Azərbaycan 2025-ci ildə ən sürətli irəliləyişə nail olaraq illik müqayisədə ən böyük artım qeydə alınan ölkələrdən biridir.

Hesabata əsasən, Azərbaycanın ümumi balı 48,96 təşkil edib ki, bu da Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyir.  Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 39,92 olub. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib.

Bu nəticə Azərbaycanın dövlət idarəçiliyində rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.

Hesabatda qeyd olunur ki, Cənubi və Mərkəzi Asiya ölkələri e-hökumət xidmətlərinin genişləndirilməsi, hesablama gücünün artırılması, yerli innovasiya mühitinin formalaşdırılması və insan kapitalına yatırımlar hesabına süni intellektə hazırlıq səviyyəsini gücləndirir. Azərbaycanın qlobal reytinqdə sürətli yüksəlişi də bu regional tendensiyanın mühüm nümunələrindən biri kimi dəyərləndirilir.

Eyni zamanda vurğulanır ki, dövlət sektorunda süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun inkişafı və innovasiya ekosistemlərinin gücləndirilməsi region ölkələrinin irəliləyişinə təkan verən əsas amillərdir. Azərbaycanın regional sıralamada ön mövqelərdən birində yer alması bu ümumi inkişaf xəttinin bariz göstəricisi hesab olunur. Bu kontekstdə AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, insan kapitalının inkişafı və milli Süni İntellekt (Sİ) platformalarının formalaşdırılması istiqamətində görülən işlər ölkənin süni intellekt üzrə institusional potensialının möhkəmlənməsinə töhfə verir.

Belə ki, “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində süni intellektin dövlət idarəçiliyində tətbiqi, data əsaslı qərarvermə, Sİ infrastrukturunun inkişafı və sektorlar üzrə Sİ transformasiyası əsas prioritetlər kimi müəyyən edilib. Bu strateji yanaşma Azərbaycanın süni intellektə əsaslanan dövlət xidmətlərini genişləndirməyə, innovativ həllərin tətbiqini sürətləndirməyə və qlobal mövqeyini gücləndirməyə imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri