Məşhur üzgüçü Hörmüzü üzərək keçdi Nələr gördü?
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyalı üzgüçü Lyuis Pyu ABŞ-İran müharibəsinin dəniz ekosisteminə yaratdığı təhlükəyə diqqət çəkmək məqsədilə Hörmüz boğazını üzərək keçib.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, idmançı təxminən 15 kilometrlik məsafəni üç gün ərzində qət edib. O, ümumilikdə 6 saat yarım suda qalıb. Üzgüçü Omana məxsus Musəndəm yarımadası yaxınlığından hərəkətə başlayıb və Hörmüz burnunu dövrə vuraraq marşrutu tamamlayıb.
Pyu bildirib ki, üzməyə başladıqdan qısa müddət sonra iki güclü partlayış səsi eşidib və təxminən 4 kilometr məsafədə zədələnmiş neft tankerini görüb. Onun sözlərinə görə, partlayışlardan sonra ərazidə qırıcı təyyarələr də peyda olub və təhlükəsizlik səbəbindən dərhal ərazidən uzaqlaşmaq qərarına gəliblər.
İdmançı ikinci gün limana qayıdarkən qaz tankerinə hücumun da şahidi olub. Hadisə zamanı gəminin üzərində alovlar yüksəlib, ətraf sularda isə yanğın baş verib.
Pyu xəbərdarlıq edib ki, zədələnmiş tankerlərdən dənizə neft sızması canlı aləmə, mərcan riflərinə və regionun sahil zolağına ciddi zərər vura bilər. Onun qiymətləndirməsinə görə, ekosistemin əvvəlki vəziyyətinə qayıtması onilliklər çəkə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















