Bakının bir çox əraziləri sürüşməyə meyllidir Ekoloqdan XƏBƏRDARLIQ
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Bakıda yağış suları yığılıb qalmamalıdır, axıb dənizə tökülməlidir, amma şəhərdə elə bərbad, plana uyğun olmayan tikintilər aparılıb və bunlara icazə verilib ki, şəhərin amfiteatr formasından əsər-əlamət qalmayıb
Badamdar ərazisində sürüşmə təhlükəsi artır və mütəxəssislər əhalinin təcili surətdə köçürülməısinin zəruri olduğunu bildirir. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə gün əvvəl sürüşmə prosesinin yenidən aktiv fazaya keçdiyini açıqlayaraq təhlükəsizlik tədbirlərini gücləndirib.
Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, Bayıl yamacaında və Badamdar ərazisində 26 il əvvəl başlamış sürüşmə prosesi bu günədək davam etməkdədir:
- Yadınızdadırsa, 2000-ci ilin mart ayında Bayıl yamacında güclü sürüşmə baş verdi. Yamacın aşağısındakı “LUKoyl” yanacaq doldurma məntəqəsi torpaq qatının altında qaldı. Yamacdan gələn nəhəng torpaq kütləsi yanacaqdoldurma stansiyasını dağıtdı, şəhərin mərkəzi ilə Bayıl qəsəbəsi arasında avtomobil yolu iki hissəyə ayrıldı. Belə bir nəhəng dağıntı oldu. Ümumiyyətlə, Bakının bir çox əraziləri sürüşməyə meyllidir. Mən həmişə deyişəm ki, Bakı amfiteatr quruluşa malikdir, bu, əslində bir şəhər üçün böyük üstünlükdür, əgər işlər düzgün aparılsa. Bakıda yağış suları yığılıb qalmamalıdır, axıb dənizə tökülməlidir, amma şəhərdə elə bərbad, plana uyğun olmayan tikintilər aparılıb və bunlara icazə verilib ki, şəhərin amfiteatr formasından əsər-əlamət qalmayıb. O cümlədən də aktiv sürüşmə zonalarında torpaq sahələri necə gəldi, kimə gəldi satılıb, evlər, villalar tikilib, kanalizasiya, drenaj sistemi olmayıb, qrunt suları, məişət suları da torpaq qatını get-gedə yuyub aparıb. Bayıl yamacı əhəngdaşları və gillərdən ibarət maili geoloji quruluşa malikdir və sürüşməyə meyillidir. Orda zaman-zaman sürüşmələr olub. Bibiheybət tərəfdə də sürüşmə oldu, asfalt örtüyü qalxdı, torpaq qatı bölündü, parşalandı. Yamaclar kəsilir, xaotik işlər aparılır, bu da sürüşmə prosesini sürətləndirir. Bayılda o zaman əahli təhıekıli ərazilərdən köçürüldü, bəzi işlər görüldü. Yeraltı sular ərazidən kənarlaşdırıldı, savylar vuruldu. Amma xaotik tikintilər, ərazinin zəbt olunması, yamacların kəsilməsi, yaşıllıqların kifayət qədər olmaması səbəbindən proses dayanmır, getdikcə daha da aktivləşir.
Ə.Əliyev qeyd etdi ki, sürüşmənin qarşısını almaq üçün görüləcək vacib işlər var:
- Ərazidə ağır tikililərə icazə verilməməlidir. Torpağı möhkəmlədən, axmasına mane olacaq ağaclar əkilməlidir, həm də susuzluğa davamlı ağaclar, torpağın nəmini çəksinlər, əlavə suvarmaya ehtiyac qalmasın. Xüsusi bitkilər, kollar, ağaclar var ki torpaq qatını möhkəmləndirir, kök atır, torpağın axmasının qarşısını alır. Ən vacib məsələ də əlbəttə ki, əhalinin təhlükəli zonalardan köçürülməsidir. Tikinti davam etdikcə, məskunlaşma artdıqca, yamaclar kəsildikcə qrunt suları da aktivləşir, yağışlar da yağdıqca gil qatı yenə yumşalır, sürüşmə də aktivləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















