Icma.az
close
up
RU
Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə öz siyasi və hərbi qüdrətinin pik həddinə çatdı

Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə öz siyasi və hərbi qüdrətinin pik həddinə çatdı

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Zəfərə gedən yol, hər bir azərbaycanlının Qarabağ arzusundan və dövlət-ordu-xalq birliyini vahid yumruğa çevirən milli həmrəylikdən, Azərbaycan dövlətinin bu istiqamətdə ötən 30 ildə həyata keçirdiyi ardıcıl daxili və xarici, o cümlədən ideoloji siyasətdən keçmişdir. Təbii ki, bu yol heç də asanlıqla keçilmədi. Çünki, torpaqları işğal olunmuş bir dövlət, 1992-ci ildə Xocalı soyqırımına məruz qalmış bir xalq həmin ildə ABŞ Konqresinin 907-ci düzəlişi ilə (2001-ci ildən durdurulsa da), bir sıra ədalətsiz yanaşmalarla üzləşmişdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, 1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğala son verilməsini tələb edən 4 qətnaməsi yerinə yetirilmirdi və 1 milyon insanı məcburi köçə məruz qoyan işğalçı tərəfə heç bir təzyiq, hətta sanksiya çağırışı belə edilmirdi. Lakin, Azərbaycan bütün bunlara məhəl qoymayaraq işğal illərində bir an belə Qarabağ amalından imtina etmədi, bu istiqamətdə siyasətini inkişaf etdirdi.

Şəhla Cəlilzadə

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu, artırdığı iqtisadi və hərbi imkanları, bloklara qoşulmasa da hər bir blok içərisində qazandığı strateji tərəfdaşlıqları, beynəlxalq siyasi arenada artan nüfuzunu öz milli təhlükəsizliyinin ən vacib elementlərinə, o cümlədən suverenliyinin bərpası siyasətinə çevirməyə nail oldu. Beləliklə, ötən 30 ildə Azərbaycanın daxili və xarici fəaliyyəti milli suverenliyin bərpasına yönəldi və nəticədə öz bəhrəsini verdi. Azərbaycan 2012-ci ildə neft gəlirlərinin pik həddə çatdığı dövrdə deyil, məhz 44 günlük Vətən müharibəsi dövründə öz qüdrətinin pik həddinə çatdı. Azərbaycanın keçdiyi Zəfər yoluna baxaraq özləri üçün müvafiq nümunələr götürənlər və nəticələr çıxaranlar var”-deyə Şəhla Cəlilzadə qeyd edib.

“8 noyabr Zəfər Günü Azərbaycan xalqı üçün müqəddəs hesab olunan Şuşanın və ümumilikdə Qarabağın uzun illər boyu məruz qaldığı işğala son verilməsini simvolizə etməklə yanaşı, həm də qələbə hissinin xalqımızın tarixi yaddaşında həkk olunaraq gələcək nəsillərə ötürülməsi, milli birliyin gücləndirilməsi, dövlətimizin və ərazi bütövlüyümüz əbədiliyinin təmin olunması üçün ideoloji amil rolu oynayır. 8 noyabr 2020-ci il tarixli Şuşa zəfərindən və 10 noyabr 2020-ci il tarixində Ermənistanı kapitulyasiyaya məcbur edən üçtərəfli bəyanatdan sonra Azərbaycan ictimai düşüncəsində baş verən proseslər bu tarixi qələbənin tariximizdə tutduğu yeri və zirvəni qorumağı tələb edir”-deyə politoloq bildirib.

Şəhla Cəlilzadə qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən yeni dövrə keçid edərək öz "zəfər erası"nı başlatmışdır: “Ötən 4 ildə Şuşa zəfərinin üzərinə yeni hərbi uğurlar və qlobal arenadakı siyasi nüfuz artışları da gəlinə bilər. Belə ki, 2021-2023-cü illərin hərbi əməliyyatları ilə torpaqlarımızda 30 ildir kök salmış separatizmin kökü kəsildi. 2023-cü ildə qondarma rejimin ləğvi və 15 oktyabrda cənab Prezident İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltması milli qürur hissinin zirvəsi idi. Ötən 4 il Azərbaycanın regional geosiyasi inqilabı ilə konyuktur dəyişikliklərini həyata keçirməsi və öz mövqeyini möhkəmlətməsi ilə xarakterizə oluna bilər. Təbii ki, bu inqilabi dəyişikliklər qonşu dövlətlərlə bir sıra münasibət aydınlaşdırmaları və gəginliklərlə müşayiət olunmuşdur. Lakin bütün bu geosiyasi rəqabətin Azərbaycan üçün son nəticəsi COP29 Zirvəsində fiziki olaraq dünyanın mərkəzinə çevrilməsidir”.

Politoloq bildirib ki, Vətən müharibəsindəki qələbəmizi və Azərbaycanın artan gücünü neytallaşdırmaq məqsədilə Qərbdən artan təzyiqlər, xüsusilə yeni sanksiya çağırışları, Ermənistanın hərbi və iqtisadi anlamda gücləndirilməsinə yönəlik davranışlar və s. qeyd oluna bilər. Lakin bütün bunlar dünya üçün 1991-ci ildə təsis olunan nizama yeni alternativ nizamın qurucuları, ədalətli və bərabər hüquq normaları arayışında olanlar ilə iş birliyimizi artırmağa stimul verə bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri