Icma.az
close
up
RU
Azərbaycan Aİ: münasibətlər strateji yön alır

Azərbaycan Aİ: münasibətlər strateji yön alır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətləri müasir dövrdə Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət konsepsiyasının ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Müstəqillik dövründən etibarən rəsmi Bakı xarici siyasətini müxtəlif güc mərkəzləri arasında milli maraqlara əsaslanan çevik əməkdaşlıq modeli üzərində formalaşdırıb. Məhz bu baxımdan Aİ ilə əməkdaşlıq Azərbaycanın həm Qərb institutları ilə siyasi dialoqunun, həm də qlobal iqtisadi sistemə inteqrasiyasının əsas platformalarından birinə çevrilib.

Azərbaycanın Aİ ilə münasibətlərini fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanan funksional strateji tərəfdaşlıq xarakteri daşıyır. Rəsmi Bakı heç vaxt Aİ-yə üzvlüyü xarici siyasətin məqsədi kimi müəyyənləşdirməyib, münasibətləri suveren bərabərlik, qarşılıqlı fayda və milli maraqlar prinsipləri üzərində qurmağa üstünlük verib. Belə bir yanaşma Azərbaycanın həm Aİ, həm ABŞ, həm Çin, həm də digər qlobal və regional güclərlə paralel şəkildə əməkdaşlıq etməsinə imkan yaradıb. Son illər formalaşan yeni geosiyasi reallıqlar bu siyasətin effektivliyini daha aydın nümayiş etdirir. Bir tərəfdən Azərbaycan ABŞ ilə enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığını inkişaf etdirir. Digər tərəfdən, Çin ilə 2024-cü ildə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanat”ın, 2025-ci ildə isə bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində qəbul edilən sənədlərin imzalanması Bakı–Pekin əlaqələrini keyfiyyətcə yeni mərhələyə çıxarıb. Eyni zamanda, Aİ Azərbaycan üçün əsas ixrac bazarlarından biri, ən böyük investisiya tərəfdaşı və enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş olaraq qalmaqdadır. Azərbaycan–Aİ münasibətlərinin formalaşması tarixi, hüquqi və geosiyasi amillərin qarşılıqlı təsiri nəticəsində yaranmış mürəkkəb tərəfdaşlıq modelidir. Bu model Azərbaycanı Aİ-nin Cənubi Qafqaz siyasətində xüsusi əhəmiyyət kəsb edən tərəfdaşa çevirib. Bununla belə, Azərbaycanın Aİ ilə münasibətlərinin digər Şərq Tərəfdaşlığı ölkələrindən prinsipial fərqi mövcuddur. Gürcüstan, Moldova və Ukrayna münasibətlərini Avropa inteqrasiyası və Assosiasiya Sazişi modeli üzərində qurduğu halda, Azərbaycan əməkdaşlığı heç vaxt üzvlük perspektivi ilə əlaqələndirməyib. Rəsmi Bakı Aİ ilə münasibətlərdə milli suverenliyin qorunmasını, xarici siyasətdə qərarvermə müstəqilliyini və qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu tərəfdaşlığı prioritet hesab edib. Məhz bu səbəbdən Azərbaycan Assosiasiya Sazişi əvəzinə yeni, daha çevik və tərəflərin maraqlarını əks etdirən hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqlar aparmağa üstünlük verib. Siyasi baxımdan bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas xüsusiyyətini əks etdirir.

***

Hüquqi baxımdan Azərbaycan–Aİ münasibətləri beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan müqavilə-hüquqi çərçivə üzərində qurulub. Rəsmi Bakı Aİ ilə əməkdaşlığın bütün mərhələlərində dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı fayda prinsiplərini dəyişməz siyasi xətt kimi müdafiə etdib. Hazırda Azərbaycan ilə Aİ arasında yeni hərtərəfli çərçivə sazişi üzrə aparılan danışıqlar da bu hüquqi bazanın XXI əsrin geosiyasi və iqtisadi reallıqlarına uyğun yenilənməsini hədəfləyir. İkitərəfli hüquqi münasibətlərdə dönüş nöqtələrindən biri 18 iyul 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” oldu. Həmin il Avropada yaranmış enerji böhranı və Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi dəyişikliklər Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi strategiyasını sürətləndirdi. Belə şəraitdə Azərbaycan etibarlı, siyasi riskləri minimum olan və uzunmüddətli öhdəliklərə sadiq enerji tərəfdaşı kimi ön plana çıxdı. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda Azərbaycanı “etibarlı tərəfdaş” adlandırması məhz bu strateji yanaşmanın siyasi ifadəsidir.

Siyasi dialoq da institusional mexanizmlər vasitəsilə davamlı xarakter almışdır. Son illərdə Prezident İlham Əliyevin Aİ rəhbərliyi ilə keçirdiyi müntəzəm görüşlər, Avropa Komissiyasının rəhbərliyinin Bakıya səfərləri və COP29 çərçivəsində aparılan siyasi dialoq da göstərir ki, Azərbaycan–Aİ münasibətləri artıq Avrasiyanın enerji, nəqliyyat və geosiyasi təhlükəsizlik arxitekturasının mühüm komponentlərindən birinə çevrilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etməsi Cənubi Qafqazın geosiyasi arxitekturasını əsaslı şəkildə dəyişdirdi. Yeni regional reallıqlar Azərbaycan–Aİ münasibətlərinə də fərqli siyasi məzmun qazandırdı. Məhz bu reallıqlar fonunda Brüssel platforması Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas diplomatik formatlarından birinə çevrildi. 2021–2023-cü illərdə Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən çoxtərəfli görüşlər regionda sülh sazişi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin müzakirəsi baxımından mühüm siyasi platforma rolunu oynadı. Bununla yanaşı, Azərbaycan bütün danışıqlar prosesində öz mövqeyini beynəlxalq hüququn fundamental prinsipləri – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında formalaşdırdığını ardıcıl şəkildə bəyan etmişdir. Azərbaycanın yanaşmasına görə, regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüququn selektiv deyil, universal tətbiqi əsasında mümkün ola bilər. Azərbaycan–Aİ münasibətlərinin ən mühüm strateji istiqaməti enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını Cənub Qaz Dəhlizi təşkil edir. Təxminən 3500 kilometr uzunluğa malik olan bu inteqrasiya olunmuş enerji sistemi “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP)və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrini birləşdirir. Layihənin ümumi investisiya dəyəri təxminən 40 milyard ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin sonunda TAP-ın kommersiya istismarına verilməsi ilə Azərbaycan qazı ilk dəfə birbaşa Aİ bazarına çıxarıldı. Hazırda Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya və digər ölkələrə ixrac olunur. Xəzər dənizinin böyük külək enerjisi potensialı, Azərbaycanın “yaşıl enerji” zonaları konsepsiyası, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan “yaşıl enerji” kabeli layihəsi, “yaşıl hidrogen” istehsalı perspektivləri və bərpaolunan enerji texnologiyalarının inkişafı münasibətləri enerji keçidi mərhələsinin strateji tərəfdaşlığına çevirir.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlığı paralel şəkildə inkişaf etdirməsinə imkan vermişdir. Məhz bu çoxvektorlu diplomatik model Azərbaycanın qlobal güclər arasında etibarlı, müstəqil və praqmatik tərəfdaş kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirən əsas amillərdən biri kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri