“Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir” QS rəsmiləri
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycan universitetlərinin son illərdə əldə etdiyi nəticələri yüksək qiymətləndiriblər.
“Qafqazinfo” xəbər verir ki, “QS”in baş vitse-prezidenti Ben Sauter bildirib ki, Azərbaycan universitetlərinin 89 faizinin “QS Dünya Universitetləri Reytinqi”ndə mövqeyini yaxşılaşdırması ölkənin ali təhsil sistemində uzunmüddətli inkişaf tendensiyasının davam etdiyini göstərir.
Onun sözlərinə görə, Azərbaycan universitetləri tələbələrə, tədqiqatçılara və cəmiyyətə verdiyi töhfəni artırmağa davam edir. Ben Souter əldə olunan nəticələrin qorunması və inkişaf etdirilməsi üçün ali təhsil sisteminə investisiyaların davam etdirilməsinin vacibliyini də vurğulayıb.
QS-in regional direktoru Sergey Xristolyubov isə qeyd edib ki, “QS Dünya Universitetləri Reytinqi”ndə qeydə alınan nəticələr Azərbaycan ali təhsilinin beynəlxalq mövqeyinin gücləndiyini nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan universitetlərinin qlobal reytinqlərdə əldə etdiyi nailiyyətlər ölkənin ali təhsil sisteminin regionda və onun hüdudlarından kənarda artan nüfuzunu təsdiqləyir.
Qeyd edək ki, “QS Dünya Universitetləri Reytinqi”ndə Azərbaycandan ümumilikdə 10 universitet təmsil olunur və onların əksəriyyəti ötən illə müqayisədə mövqeyini yaxşılaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















