Icma.az
close
up
RU
Azərbaycan ali təhsilində ilk: UNEC də APTIS əsaslı ingilis dili imtahanları keçirilir

Azərbaycan ali təhsilində ilk: UNEC də APTIS əsaslı ingilis dili imtahanları keçirilir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

UNEC-də ingilis dili üzrə tələbələrin biliyinin yekun qiymətləndirilməsi ilk dəfə olaraq Britaniya Şurası (British Council) tərəfindən beynəlxalq səviyyədə tanınan APTIS sistemi əsasında təşkil olunub.

XQ xəbər verir ki, Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə tətbiq edilən bu model tələbələrin xarici dil biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə və əldə olunan nəticələrin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.

İmtahanın ilk günündə UNEC-in rektoru professor Ədalət Muradov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və media nümayəndələri imtahan prosesini izləyiblər, həmçinin tələbələrlə görüşərək onların təəssüratlarını öyrəniblər.

Media nümayəndələrinə açıqlama verən rektor Ədalət Muradov bildirib ki, UNEC-də xarici dil fənni iki il müddətində tədris olunur və tədris prosesi dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını əhatə edir: “Bu ildən etibarən ikinci kurs tələbələrinin xarici dil biliyinin yekun qiymətləndirilməsi Britaniya Şurası tərəfindən APTIS formatında həyata keçirilir. Minimum B1 səviyyəsində nəticə göstərən tələbələr imtahandan uğurla keçmiş hesab olunacaqlar və beynəlxalq səviyyədə tanınan APTIS sertifikatı əldə edəcəklər”, – deyə rektor vurğulayıb. Ədalət Muradov qeyd edib ki, bu yanaşma azərbaycan, rus və türk dillərində təhsil alan tələbələrin də ingilis dili səviyyələrinin yüksəldilməsinə xidmət edəcək.

Rektor Azərbaycan dilində təhsilin UNEC-in əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb: “Hədəfimiz Azərbaycan dilində yüksək keyfiyyətli təhsil verən universitet modelini formalaşdırmaqdır. Qarşıdakı illərdə Azərbaycan dilində təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.”

Müəllimlərin xarici dil biliyinə toxunan Ədalət Muradov universitetdə bu istiqamətdə güclü potensialın formalaşdığını bildirib: “Əminliklə deyə bilərəm ki, ölkədə ən güclü ingilis dilli kafedralarından biri məhz UNEC-də fəaliyyət göstərir. 117 xarici dil müəllimimiz var və onların 95 faizi beynəlxalq xarici dil sertifikatına malikdir.”

Rektor qeyd edib ki, növbəti tədris ilindən etibarən tələbələrə ingilis dili fənni iki il ərzində eyni müəllim tərəfindən tədris olunacaq. Bu yanaşma tələbənin ingilis dilini mənimsəmə dinamikasını izləməklə yanaşı, müəllimin fəaliyyətinin də qiymətləndirilməsinə imkan yaradacaq.

UNEC məzunlarının rəqabətqabiliyyətliliyində xarici dil biliklərinin mühüm rol oynadığını vurğulayan rektor bildirib ki, əsas məqsədlərdən biri tələbələrin xarici universitetlərdə mübadilə proqramlarında iştirakını, nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsili almalarını təşviq etmək, eyni zamanda tanınmış xarici professorların universitetə cəlb olunmasını təmin etməkdir: “Hesab edirik ki, UNEC məzununun əsas üstünlüklərindən biri onun xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır.”

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva isə UNEC-də APTIS imtahanının keçirilməsini tərəflər arasında əməkdaşlığın uğurlu davamı və universitetin tələbələrin ingilis dili biliklərinin artırılmasına verdiyi önəm kimi dəyərləndirib. O bildirib ki, imtahanda 3500-dən çox tələbə iştirak edir. İmtahan nəticələri 72 saat ərzində elan olunacaq və iştirakçılar nəticələrini onlayn şəkildə əldə edə biləcəklər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri