Icma.az
close
up
RU
Azərbaycan Almaniya münasibətlərində mövqeyimiz əhəmiyyətli və danılmazdır ŞƏRH

Azərbaycan Almaniya münasibətlərində mövqeyimiz əhəmiyyətli və danılmazdır ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Beynəlxalq münasibətlərin subyekti olaraq, Azərbaycanın dünyadakı nüfuzu və imici, onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Hazırda hər bir ölkənin qarşısında duran ən mühüm və zəruri vəzifə müasir texnologiyaların tətbiqi yolu ilə, ölkədə mövcud olan yanacaq-enerji ehtiyatlarından səmərəli istifadə etməkdir. Bu, güclü qlobal inteqrasiya şəraitində mövcud olan yanacaq-energetika kompleksinin müasir inkişafı üçün xüsusi rol oynayır.

Global düzənin transformasiyası fonunda Azərbaycana qarşı bəzi qüvvələr tərəfindən yönələn ikili standartlara baxmayaraq, ölkəmizin nüfuzu sarsılmaz qalır. Dövlətimizin dayanıqlı mövqeyi və produktiv addımları ölkəmizin nüfuzunu dünya miqyasında ciddi formatda artırmaqdadır.

Bu kontestdə 2 aprel 2024-cü il tarixində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri bunu bir daha vurğuladı. Bu səfər ikitərəfli münasibətlərin təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün əhəmiyyətini vurğulayır. Prezidentlər cənab İlham Əliyev və cənab Frank-Valter Ştaynmayer arasındakı görüş, o cümlədən fərdi və geniş tərkibdə danışıqlar, eləcə də birgə mətbuata bəyanatlar iqtisadiyyat, enerji və beynəlxalq məsələlərdə əməkdaşlığı dərinləşdirmək üçün qarşılıqlı istəklərini bir daha təsdiq etdi.

Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, cənab Ştaynmayerin səfəri iki ölkə arasında münasibətlərə yeni müsbət dinamika verəcək. Artıq indi, əsasən Azərbaycan neftinin Almaniyaya ixracı hesabına ticarət dövriyyəsində kəskin artım müşahidə olunur. Bununla belə, hər iki tərəf iqtisadi əlaqələrin, xüsusilə də bərpa olunan enerji sahəsində əlaqələrin şaxələndirilməsində maraqlıdır.

2030-cu ilə qədər “yaşıl” enerjinin gücünü artırmaq, onun bir hissəsinin Avropaya ixracı planlaşdırılır. Almaniya bu sahədə texnoloji lider kimi əsas tərəfdaş kimi görünür. Artıq bəzi alman şirkətləri Azərbaycanda layihələrə, o cümlədən külək və günəş elektrik stansiyalarına maraq göstərirlər. Qeyd edək ki, Almaniya tədbirin təşkilində Bakıya fəal dəstək verib və bu, tərəfdaşlığın növbəti təsdiqinə çevrilib.

Cənab İlham Əliyev çıxışında Azərbaycan ərazilərinin 30 ildir Ermənistan tərəfindən işğalını, etnik təmizləmə və bir milyon qaçqını xatırladıb. Beynəlxalq təşkilatların fəaliyyətsizliyinə baxmayaraq, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı suverenliyini bərpa edib. Bu gün tərəflər sülh sazişinə maksimum yaxındırlar. Almaniya Aİ-də nüfuzlu oyunçu kimi sazişlərin təmin olunmasında mühüm rol oynaya bilər.

Qlobal çağırışların dinamik artması kontekstində Bakı və Berlinin mövqeləri xüsusi əhəmiyyət kəsb edir. ABŞ, Aİ və Rusiya arasında gərginlik fonunda Azərbaycan çoxvektorlu siyasətini davam etdirməklə yanaşı, Şərqlə Qərb arasında körpü rolunu oynamağa çalışır.

Rusiyadan resurslarının təminatın azalması ilə, Avropanın enerji təhlükəsizliyi əsas məsələyə çevrilir və burada Almaniyanın üzərinə müəyyən məsuliyyət düşür. Əlbəttə, Almaniya üçün Bakının qaz və neft tədarükünü artırması vacibdir. Ona görə də Almaniya Cənubi Qafqazda regional sabitlikdə, eləcə də Azərbaycanın əsas aktora çevrildiyi regionun davamlı inkişafında maraqlıdır.

Umumilikdə, hər bir ölkənin iqtisadi, siyasi və digər sahələrdə normal, dinamik inkişafının təmin edilməsi, onun iqtisadiyyatının bir çox makroiqtisadi göstəricilərinin səviyyəsindən asılıdır. Bu göstəricilərdən biri də, ölkənin enerji təhlükəsizliyi və rəqabətqabiliyyətli daxili bazarların təhlükəsizliyinin səviyyəsidir. Cənab Ştaynmayerin Bakıya səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açır. İqtisadi əməkdaşlıq, enerji layihələri, iqlim gündəmi və regional təhlükəsizlik üzrə mövqelərin yaxınlaşması uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır. Eyni zamanda, Azərbaycan öz suverenliyini və beynəlxalq əlaqələrini möhkəmləndirməklə, keçmişin ağır irsinə baxmayaraq, sülhə və davamlı inkişafa hazır olduğunu nümayiş etdirir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri