Icma.az
close
up
RU
Coğrafiya üzrə olimpiadaya hazırlıq dərslərinə başlanılıb

Coğrafiya üzrə olimpiadaya hazırlıq dərslərinə başlanılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmraninin sədrliyi ilə iGeo - Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq dərslərinın hibrid formatda açılış tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə Z.İmrani Coğrafiya İnstitutu ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin “iGeo Azerbaijan Team” komandası üzvlərinə həmişə dəstək olduqlarını, şagirdlərin beynəlxalq olimpiadalarda iştirakına böyük önəm verdiklərini diqqətə çatdırıb.

Layihə rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olan Yaşar Seyidəliyev təqdimatla çıxış edərək iGeo-eGeo olimpiadaları, qrant müsabiqələrinin qalibləri və bu il Tailandda keçirilən IX Qrant müsabiqəsi, şagirdlərimizin orada iştirakı haqqında məlumat verib. Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Coğrafiya Birliyinin (IGU) təşkil etdiyi Beynəlxalq Coğrafiya Olimpiadası məktəblilər arasında ən yüksək müsabiqədir və hər ilin avqust ayında keçirilir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan və 16-19 yaş arası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.

İnstitutun şöbə müdirləri – coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov, Habil Haqverdiyev, professor Rza Mahmudov, Çingiz Gülalıyev və başqaları çıxışlarında Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşan şagirdlərə hər cür dəstək olacaqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri