Icma.az
close
up
RU
“Azərbaycan bu prosesi öz gücü və daxili imkanları hesabına həyata keçirdi” DETALLAR KONKRET

“Azərbaycan bu prosesi öz gücü və daxili imkanları hesabına həyata keçirdi” DETALLAR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub.

Mövzu ilə bağlı siyasi analitik Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağı azad etməsindən artıq beş ilə yaxın vaxt keçir.

“Bu müddət ərzində Azərbaycan tərəfi ciddi çətinliklərlə üzləşdi. Çünki mənfur düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda demək olar ki, daşı-daş üstündə qoymamışdı. Təbii ki, belə bir vəziyyətdə bərpa və quruculuq işlərinin asan baş tutması mümkün deyildi. Üstəlik, ərazilərin ermənilər tərəfindən minalanması həmin torpaqları daha da təhlükəli edirdi. Minalardan təmizlənmə prosesinə isə kifayət qədər vaxt və resurs lazımdır. Unutmamalıyıq ki, dünyanın bir sıra ölkələri bu kimi hallarla qarşılaşdıqda, demokratiyadan danışan nüfuzlu beynəlxalq təşkilatlar həmin ölkələrə həm maliyyə, həm də digər dəstək göstərirdilər. Amma təəssüf ki, Azərbaycana qarşı belə bir yanaşma sərgilənmədi. Azərbaycan bu prosesi sırf öz gücü və daxili imkanları hesabına həyata keçirdi”.

Politoloq qeyd edib ki, ötən müddət ərzində bərpa və quruculuq prosesi kifayət qədər uğurla davam etdirilir. Prosesin miqyasına və qarşıya qoyulan məqsədlərə nəzər yetirsək, görərik ki, Azərbaycan bu sahədə əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki bu, asan məsələ deyil və milyardlarla vəsait tələb olunur. Bu vəsaiti əldə etmək də heç də sadə deyil.

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu işin öhdəsindən uğurla gəlir. Artıq 40 mindən çox insan işğaldan azad edilmiş ərazilərə köçürülüb. Demək olar ki, hər həftə yeni köç karvanları həmin ərazilərə yola salınır. Bəzi rayon və kəndlər var ki, hələ ora köç prosesi başlamayıb. Məsələn, Kəlbəcəri və digər bölgələri nümunə göstərmək olar. Bununla bağlı işlər davam edir və gözlənilir ki, bu ayın sonlarında və ya gələn ayın əvvəlində kəlbəcərlilər uzun fasilədən sonra doğma torpaqlarına qovuşacaqlar”.

C.Abbaslı vurğulayıb ki, ümumilikdə, proses uğurla irəliləyir.

“Qarabağın hər yerində bərpa və quruculuq işləri aparılır. Bu işlər başa çatdıqca, mərhələli şəkildə insanlar həmin ərazilərə köçürüləcək. Bir çox kəndlər abadlaşdırılacaq və yaxın gələcəkdə artıq köç karvanları təkcə həftəlik deyil, hər gün onlarla, yüzlərlə ailəni bu torpaqlara daşıyacaq. Xüsusilə sevindirici hal ondan ibarətdir ki, Xocalı şəhərinə xüsusi diqqət yetirilir. Hər həftə Xocalıya yeni köç karvanları yola salınır. Xocalı Azərbaycan üçün təkcə coğrafi məkan deyil, eyni zamanda simvolik və tarixi məna daşıyır. Xocalı soyqırımından sonra Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, məcburi köçkünlər bir an belə doğma torpaqlarına qayıtmaq ümidini itirməyiblər. Onlar daim həmin yurdları arzulayıblar və bu gün də o arzularını yaşadırlar. Ümid edirik ki, yaxın gələcəkdə bir milyona yaxın məcburi köçkün öz doğma rayonlarına, şəhərlərinə və kəndlərinə, doğma yurda qayıdacaq”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış“” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see268

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see236

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see206

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see201

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see181

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see174

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see170

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see160

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see153

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see139

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see138

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see138

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see133

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see133

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see130

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see129

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see128

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see128

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see126

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri