Icma.az
close
up
RU
“Azərbaycan dilindəki dərsliklər bilirsiniz nə gündədir?!” Elçin Əliyev

“Azərbaycan dilindəki dərsliklər bilirsiniz nə gündədir?!” Elçin Əliyev

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Bizim tariximizi, hazırda yüzlərlə məktəbdə rus dilində təhsilin tədrisini nəzərə alaraq, 1 günə, 1 gecəyə bu məsələni həll etmək olmaz. Gərək bir proqram tərtib olunsun və həmin proqram cəmiyyətə təqdim edilsin. Məsələn, orada dövlət tərəfindən, 5 il ərzində təhsilin Azərbaycan dilinə keçirilməsi ilə bağlı qərar bildirilsin”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında memar Elçin Əliyev deyib. O, bildirib ki, bu məsələnin həlli üçün müəyyən keçid dövrünə ehtiyac var:

“Biz artıq 30 ildən çoxdur ki, müstəqil dövlətik. Təbii ki, bizdə birmənalı şəkildə təhsil dövlət hesabına doğma Azərbaycan dilində olmalıdır. Mən birmənalı şəkildə bunu dəstəkləyirəm. Kim istəyirsə rus, ingilis, çin yaxud polyak dilini gedib ödənişli kurslarda və ya fakültələrdə oxumalıdır. Amma bizim tariximizi, hazırda yüzlərlə məktəbdə rus dilində təhsilin tədrisini nəzərə alaraq, 1 günə, 1 gecəyə bu məsələni həll etmək olmaz. Gərək bir proqram tərtib olunsun və həmin proqram cəmiyyətə təqdim edilsin. Məsələn, orada dövlət tərəfindən, 5 il ərzində təhsilin Azərbaycan dilinə keçirilməsi ilə bağlı qərar bildirilsin. Bunun üçün kitablar, çoxlu müəllimlər hazırlanmalıdır. Fikirləşmək lazımdır ki, hazırda rus dilində dərs deyən müəllimlərin taleyi necə olacaq? Burada çoxlu böyük problemlər durur. Bir gecəyə bunu həll etmək olmaz. Bunun üçün yəqin ki, böyük hazırlıq işləri aparılmalıdır”.  Dominos pizza

Memar vurğulayıb ki, hazırda məktəblərdə istifadə edilən Azərbaycan dilində olan dərsliklərdə ciddi problemlər var:

“Məsələn, bu il kim rus dili üzrə birinci sinifə gedirsə, ona mütləq imkan verilməlidir ki, 11-ci sinifə qədər rus dilində təhsilini davam etdirə bilsin. Amma gələn ildən etibarən rus dilli siniflərin təşkilini dayandırmaq olar. Yəni 5-10 illik keçid dövrü olmalıdır. Bu məsələ 1 gecəyə həll oluna bilməz. Təəssüf ki, cəmiyyət bunu başa düşməyib. Mən “Facebook”da dərc etdiyim mətndən bəziləri belə nəticə çıxarıb ki, guya mən təklif edirəm ancaq rus dili olsun. Mən onlara nə deyim? Onlar öz səviyyələrinə görə başa düşüblər. Amma ağıllı insanlar, bu mətni normal oxuyub fikirləşəndə görürlər ki, mən rus dilinin əleyhinə yaxud lehinə deyiləm. Bu bizim üçün xarici dildir. Mən qızım məktəbdə oxuyur. Azərbaycan dilindəki dərsliklər bilirsiniz nə gündədir? Primitiv şəkildə çap olunmuş orfoqrafik səhvlər var. Bu biabırçılıqdır. Hamısı korrupsiyanın nəticəsidir. Olduqca keyfiyyətsiz dərsliklər çap olunur. Əvvəl bunların hamısını lazımi səviyyəyə qaldırmaq lazımdır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri