Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini artırıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
XQ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan 88 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 0,6 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,6 % çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,4 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.
Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 30 Mart 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















