Icma.az
close
up
RU
Azərbaycan güləşinin yeni simaları gənc istedadlarla söhbətləşib FOTO

Azərbaycan güləşinin yeni simaları gənc istedadlarla söhbətləşib FOTO

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Güləş Azərbaycanda ən kütləvi idman növlərindən biridir və mütəmadi olaraq milli və beynəlxalq səviyyədə yeni ulduzlar yetişdirir.

İdman.Biz gənc güləşçilərdən bəziləri ilə tanış olmaq və gənc idmançıların hansı həyat tərzi sürdüyünü öyrənmək üçün onların məşqini izləyib.

Avropa çempionatının ən gənc iştirakçısı

İdman.Biz-in həmsöhbət olduğu güləşçilərdən biri 13 yaşlı Cavanşir Süleymanov olub. O, bu il sərbəst güləş üzrə U15 yaş qrupunda Avropa çempionatında ikinci yeri tutaraq yarışın ən gənc idmançısı adını qazanıb.

Cavanşir güləşə qardaşlarının və atası - sərbəst güləş üzrə Azərbaycan millisinin U15 yaş qrupunun baş məşqçisi Xəqan Süleymanovun nümunəsindən ilhamlanaraq gəlib. Bir gün özü məşqə getmək istədiyini deyib və həmin vaxtdan bu idman növünə bütünlüklə bağlanıb.

“Üç oğlum var. Bütün həyatımız güləşdən ibarətdir, evdə belə yalnız bu mövzuda danışırıq. Ona görə də demək olar ki, Cavanşirin başqa seçimi yox idi (gülür)”, – deyə Xəqan Süleymanov bildirib.

Məşqçinin sözlərinə görə, öz övladı ilə işləmək maraqlı təcrübədir:

“Valideyn və məşqçi münasibətlərini ayırmaq vacibdir. Mən ona həmişə izah edirəm ki, əgər məşq zamanı əsəbiləşirəmsə, bu, ata kimi yox, məşqçi kimi olur. Mənim borcum vaxtilə özümün nail ola bilmədiyim nəticələrə onun çatmasına kömək etməkdir”.

Cavanşir Süleymanov artıq idman aləmində özündən söz etdirməyi bacarıb. Sərbəst güləş üzrə Azərbaycan millisinin U15 yaş qrupunun baş məşqçisi Namiq Quliyevin sözlərinə görə, gənc güləşçi ölkə birinciliyində yarımfinalda zədələnib və final görüşünə çıxa bilməyib, nəticədə ikinci yeri tutub. Buna baxmayaraq, məşqçilər korpusu Avropa çempionatına həm onu, həm də ölkə çempionunu göndərmək qərarına gəlib.

“Avropa çempionatında bu uşaq Azərbaycan çempionunun öhdəsindən gələ bilmədiyi gürcü idmançını məğlub etdi. Finalda isə Cavanşir özündən iki yaş böyük olan rusiyalı rəqibinə uduzdu. Biz ona inandıq və o, etimadımızı doğrultdu”, – deyə Namiq Quliyev qeyd edib.

Cavanşirin özü də ambisiyalarını gizlətmir:

“Gələn il Avropa çempionatından qızıl medal ilə qayıtmaq istəyirəm. Arzum bütün əsas titulları qazanmaq, olimpiya çempionu, dünya və Avropa çempionu olmaqdır”.

Gənc güləşçinin kumiri sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevdir:

“Onun bütün qələbələrinə sevinirəm və onun kimi güclü güləşçi olmaq istəyirəm”.

“Oğlanlarla güləşmək asandır”

Əgər Mariya Stadnik karyerasını başa vurmasaydı, bəlkə də bu balacadan ehtiyat etməli olardı. Səkkiz yaşlı Mahirə İbrahimovanı zalda görməmək mümkün deyil – o, çoxsaylı oğlanlar arasında yeganə qızdır. Mahirə onlarla bərabər məşq edir və heç nədə geri qalmır. Üstəlik, özü də inamla bildirir:

“Mənə oğlanlarla güləşmək çox asandır”.


Gənc idmançı üçüncü sinifdə oxuyur və öz sözlərinə görə, yalnız əla qiymətlər alır: “Məndə həm məktəbdə, həm də idmanda hər şey çox yaxşıdır”.

Dərslərindəki uğurlara baxmayaraq, Mahirə diqqətini idman karyerasına yönəltmək istəyir. Onun ailəsində bir çoxları güləşlə məşğul olub və onların nümunəsindən ruhlanaraq o da zala gəlib. Aydın olur ki, güləş həqiqətən də ətrafındakı hər kəsi “özünə cəlb edir”.

Yaşının az olmasına baxmayaraq, Mahirə öz fikirlərini inamla ifadə edir və qızların guya oğlanlardan zəif olması ilə bağlı stereotiplərə də münasibət bildirib:

“Mən şəxsən özüm haqqında belə düşünmürəm. Mən bilirəm ki, hər şeyə qadirəm, o cümlədən Azərbaycan bayrağını yüksəkliyə qaldıra bilərəm”.

Qızın kumiri Mariya Stadnikdir. Mahirə əfsanəvi idmançının bütün görüşlərini izləyib və etiraf edir ki, onun arzusu sadəcə bu yolu təkrarlamaq yox, həm də onu geridə qoymaqdır.

Foto: İslam Atakişiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri