Azərbaycan Gürcüstan münasibətləri ümumilikdə regional inkişafa xidmət edir ŞƏRH
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bakı ilə Tbilisi arasında formalaşmış əməkdaşlıq modeli bu gün region üçün ən uğurlu nümunələrdən biri hesab olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İman Abduyev deyib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxış etdiklərini xatırladan İ.Abduyev bildirib ki, səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və gələcəkdə daha da genişlənəcəyini bir daha təsdiq edir.
“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Dövlətimizin başçısı mətbuata bəyanatı zamanı da vurğuladı ki, Azərbaycan ilə Gürcüstan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, ölkələrimiz bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Bu yanaşma regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına deyil, ümumilikdə regional inkişafa - sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Bu tərəfdaşlıq bütövlükdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri kimi çıxış edir
“Onu da qeyd edim ki, səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın məsuliyyətli və təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir. Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin formalaşmasında aparıcı rol oynadığını təsdiqləyir. Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır”, - deyə İ.Abduyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Aprel 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















