Icma.az
close
up
RU
Azərbaycan hərbi yola əl atacaq Ermənistan təşvişdə Gizli toplantıdan detallar

Azərbaycan hərbi yola əl atacaq Ermənistan təşvişdə Gizli toplantıdan detallar

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının Gorusda keçirdiyi siyasi toplantıda əsas müzakirə mövzularından biri Azərbaycandan Naxçıvana Sünik vilayəti üzərindən keçəcək avtomobil yolu məsələsi olub.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, ictimaiyyət arasında “dəhliz” kimi tanınan yolla bağlı mövzu bağlı qapılar arxasında, mediaya açıqlanmayan müzakirədə gündəmə gəlib. Nikol Paşinyanın toplantı zamanı olduqca gərgin olduğu qeyd edilir.

Partiya üzvləri bildiriblər ki, Paşinyan son vaxtlar Türkiyə, Əbu-Dabi və Avropa ölkələrinə etdiyi səfərlər zamanı bu məsələ ilə bağlı gözlənilən nəticələri və zəmanətləri ala bilməyib. Hakim dairələrdə formalaşan rəyə görə, beynəlxalq təşkilatlar bu mərhələdə baş nazirin dəstəklədiyi formatda yol məsələsinə tam dəstək vermək niyyətində deyil.

Qapalı iclas zamanı Paşinyan bildirib ki, Ermənistanın heç bir halda nə dəhliz, nə yol, nə də hər hansı ərazisi öz hüquqlarından kənar istifadəyə verilə bilməz, hətta amerikalıların nəzarətində olsa belə.

Lakin qəzet qeyd edir ki, bu sərt mövqe Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Belə ki, Mirzoyan ötən il çıxışlarından birində bildirmişdi ki, kommunikasiya və yolların təhlükəsizliyini özəl bir şirkət təmin edə bilər.

“Joxovurd” yazır ki, bu çıxışa baxmayaraq, partiya daxilində bəzi suallar açıq qalır. Belə ki, bəzi üzvlər bu mövqenin Azərbaycanın həmin yolu tələb etməsi və ya hərbi yolla almağa cəhd etməsi üçün hüquqi əsas ola biləcəyindən narahatdırlar. Hakimiyyət daxilində formalaşan ehtimallardan biri də odur ki, konkret strateji yanaşma olmadan proseslər nəzarətdən çıxa bilər və bu halda Ermənistanla Azərbaycan arasında planlaşdırılan sülh sazişi imzalanmaya bilər.


Aysel,

Bakupost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri