Icma.az
close
up
RU
“Bu, baş verməsə, Azərbaycan hərbi yola əl atmalı olacaq” Ermənistan vacib seçim qarşısında… KONKRET

“Bu, baş verməsə, Azərbaycan hərbi yola əl atmalı olacaq” Ermənistan vacib seçim qarşısında… KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İrəvan Paşinyanın seçkidə qələbəsindən sonra Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının Ermənistanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər”. Bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib. Bəs görəsən, onun bu fikirləri nə dərəcədə realdır? Bakı bu halda hansı ağır formalardan istifadə edə bilər?

Mövzunu KONKRET.az-a politoloq Əli Zülfüqaroğlu şərh edib:

“Bakının mövqeyi ondan ibarətdir ki, İrəvanla danışıqlar prosesi konstruktiv şəkildə davam etsin və diplomatik imkanlardan maksimum yararlanaraq nəticə əldə olunsun. Ancaq görünən odur ki, Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə adekvat reaksiya vermir və daha çox manipulyasiya ilə məşğuldur. İndiyədək xüsusilə, Avropa İttifaqının siyasi riveri hesab olunan Fransanın diktəsi ilə hərəkət edən Ermənistan danışıqlar prosesi zamanı Azərbaycanın qəbul etməyəcəyi ədalətsiz və absurd təkliflər səsləndirib. Bu da sülh müqaviləsinin imzalanmasını gecikdirən başlıca amillərdən biridir. Bu gün Qərbin Ermənistana verdiyi vədin özünü doğrultmaması, ABŞ-ın yeni administrasiyasının İrəvana dəstək verməməsi və Vaşinqton tərəfindən Aİ-yə təzyiq göstərilməsi Paşinyan hakimiyyətini seçim qarşısında qoyur. Çünki Avropa İttifaqı artıq öz təhlükəsizliyini düşünmək məcburiyyətindədir və Ermənistan məsələsi Aİ-nin prioritetindən çıxıb. Eyni zamanda Azərbaycan bölgədə geosiyasi reallıqları dəyişib, hərbi cəhətdən tam üstündür və iqtisadi baxımdan aramızda xeyli fərq var. Eləcə də rəsmi Bakı beynəlxalq əlaqələrini daha da möhkəmləndirib. Bütün bunlar Ermənistan üçün heç bir çıxış yolu qoymur. Yeganə yol Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Azərbaycan isə məsələyə kompleks yanaşır və hərbi büdcəsini artırır. Bütün bu parametrlər ona gətirib çıxarır ki, İrəvanın alternativi Bakı ilə danışıqlara getmək və sülhə imza atmaqdır. Bunlar baş verməsə, Azərbaycan hərbi yolla Ermənistanı sülhə məcbur etmək hüququna malik olacaq. Heç bir güc buna qarşı çıxa bilməz”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri