“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
“Vurulan AZAL təyyarəsi ilə bağlı sənəd BT News teleqram kanalında yayımlanıb. Məzmununa görə, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanıb. Orada iddia olunur ki, AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiyada enə bilməyib və eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verilib”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, bu uğursuz ifadələr faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir:
“Məntiqi bir sual yaranır: Rusiya Federasiyasının İstintaq Komitəsi günahı "hava şəraitində" görürsə, cinayət işinə hansı əsasla xitam verir? Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir: AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb”.
Ə.Verdiyev deyib ki, Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədin məzmunu Rusiya prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir:
“Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə" hazır olduğunu bildirmişdi.İndi belə çıxır ki, Rusiyada yenə "it yiyəsini tanımır" və ya Bastrikin prezident Putini tanımır və onu təkzib edir. Hesab edirəm ki, Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır, ictimaiyyət nümayəndələri olaraq biz isə Bastrikinin məktubu ilə bağlı Rusiya prezidentinə daha geniş etiraz məktu bu ünvanlamalıyıq”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















