Azərbaycan idmançılarının 2025ci ilin ilk ayı üçün reytinq cədvəli açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci ilin ilk ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 390 xalla ikincidir. Atlet Anna Skidan (315 xal) isə üçüncü olub.
İlk "10-luq"da Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (310 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (250 xal), bədii gimnast Zöhrə Ağamirova (220 xal), ağırlıqqaldıran Dadaş Dadaşbəyli (205 xal) və cüdoçu Yaşar Nəcəfov (190 xal) yer alıblar.
Baxış sayı:88
Bu xəbər 01 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















