Icma.az
close
up
RU
Azərbaycan İran iqtisadi əlaqələri: beynəlxalq təşkilatlar və ikitərəfli formatda inkişaf

Azərbaycan İran iqtisadi əlaqələri: beynəlxalq təşkilatlar və ikitərəfli formatda inkişaf

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan və İran arasında iqtisadi münasibətlər həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əməkdaşlığa əsaslanaraq inkişaf etməkdədir. Bu münasibətlərin konkret beynəlxalq təşkilatlar daxilindəki dinamikası isə təşkilatların formatına uyğun olaraq müxtəliflik göstərir. Bununla yanaşı, bütün bu əməkdaşlıqlarda ortaq və oxşar cəhətlər də mövcuddur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov söyləyib.

“Məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan və İran əsas üzvlər sırasındadır. Bu formatda iqtisadi inteqrasiya, ticarət əlaqələrinin gücləndirilməsi, eləcə də enerji və nəqliyyat layihələrinin birgə həyata keçirilməsi kimi məsələlər ön plana çıxır. Xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq daha da intensivləşmişdir.

İslam Əməkdaşlıq Təşkilatında isə iqtisadi məsələlərlə yanaşı, mədəni irs, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq mövcuddur. Bu təşkilatda da Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir”, - deyə o bildirib

İqtisadçı-ekspertin fikrincə, D8 ölkələri (Nigeriya, Misir, İndoneziya, Malayziya, Türkiyə, İran və Azərbaycan) arasında əməkdaşlıq daha geniş coğrafiyanı əhatə edir. Bu platformada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı texnologiyaları və günümüzün aktual sahəsi olan rəqəmsal iqtisadiyyat kimi məsələlər ön plandadır.

Şanxay Əməkdaşlıq Təşkilatında isə Azərbaycan müşahidəçi statusunda çıxış edir, İran isə daimi üzvdür. Azərbaycanın çoxşaxəli iqtisadi siyasəti bu təşkilat çərçivəsində də nüfuzunun artmasına səbəb olur. Nəticədə, İranla bu istiqamətdə əməkdaşlıq da paralel olaraq genişlənir.

Eldəniz Əmirov qeyd edib ki, bütün bu təşkilatlar çərçivəsində Azərbaycan və İran arasında əməkdaşlığın əsas ortaq xüsusiyyəti, münasibətlərin təşkilatların özündən daha çox birbaşa dialoq və regionda baş verən proseslər əsasında formalaşmasıdır.

“Son dövrlərdə İran, Azərbaycanın iradə və əzmini nümayiş etdirərək tutduğu yolu dəstəkləməkdədir. Hesab edirəm ki, bu amil həm mövcud təşkilatlar daxilində, həm də iki ölkə arasında birbaşa münasibətlərin inkişafına töhfə verəcək,” – deyə iqtisadçı-ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri