Icma.az
close
up
RU
Azərbaycan İran tərəfdaşlığı regionda dayanıqlı təhlükəsizliyə xidmət edir Deputat

Azərbaycan İran tərəfdaşlığı regionda dayanıqlı təhlükəsizliyə xidmət edir Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm bir addım oldu. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərir ki, dövlətlərarası münasibətlər tarixi-mədəni köklərə, qarşılıqlı etimada əsaslanır və müsbət gələcək vəd edir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində birgə yaşayıb:

"İran Prezidentinin bu səfəri ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq perspektivləri yaradaraq müsbət irəliləyişlərə yol açır, həmçinin regional sabitlik və rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır.İki dövlət beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində koordinasiyalı fəaliyyət göstərir. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və perspektivli əməkdaşlıq platforması kimi dəyərləndirilən “3+3” formatı regional məsələlərin müzakirəsi və həllində əhəmiyyətlidir. Bu formatda fəaliyyət regionda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsində və sabitliyin təmin olunmasında rol oynaya bilər.

İki ölkə arasında enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlıq regional səviyyədə iqtisadi təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında strateji əhəmiyyətə malikdir. Ölkələrarası sərhəd təhlükəsizliyinin təmin olunması və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan ilə İran arasında imzalanmış sənədlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verəcək. 

Azərbaycan ilə İran arasında formalaşmış tərəfdaşlıq modeli regional sabitlik və davamlı inkişaf üçün güclü və çoxşaxəli əsaslar yaradır. Bu əməkdaşlıq qarşılıqlı dəstək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin mehriban qonşuluq və bərabərhüquqlu münasibətlər prinsipləri üzərində qurulub. İkitərəfli əlaqələr yeni geosiyasi və iqtisadi çağırışlar fonunda dövlətlərin ortaq iradəsini və strateji baxışını, habelə regional sabitliyə verdiyi əhəmiyyəti aydın şəkildə nümayiş etdirir. Xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə dərinləşən əməkdaşlıq bu münasibətlərin bütövlükdə regionun gələcəyi üçün müsbət və konstruktiv nəticələr doğuracağına əminlik yaradır. Gələcəkdə bu modelin daha da təkmilləşdirilməsi və institusional mexanizmlərlə möhkəmləndirilməsi regional inteqrasiyanın inkişafına mühüm töhfə verəcək". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Aprel 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri