Azərbaycan Latviya ilə vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
İmzalanma M. Cabbarovun Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə keçirilən görüşdə baş tutub.
Nazirin sözlərinə görə, sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Memoranduma əsasən tərəflər vergi borclarının ödənilməsi, vergidən yayınma halları ilə mübarizədə qarşılıqlı əməkdaşlıq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















