Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH

Azərbaycan Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Son dövrlərdə regional geosiyasi proseslər və inteqrasiya meyilləri göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və mənəvi bağlarımız artıq yalnız xalqlar arasında yaxınlığı ifadə etmir, həm də vahid siyasi əməkdaşlıq məkanını formalaşdırır. Bu meyillər fonunda Azərbaycan Mərkəzi Asiya regionunun ayrılmaz tərkib hissəsi kimi çıxış edir və bu status rəsmi, institusional səviyyələrdə təsdiq olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə səfəri və noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında keçirilən 7-ci Məşvərət Görüşündə iştirakı bu tarixi prosesin mühüm mərhələsidir. Həmin iclasda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında Qərarın imzalanması, əslində, ölkəmizin regionla inteqrasiyasının siyasi təsdiqi oldu. Bu addım göstərir ki, Mərkəzi Asiya artıq yalnız beş dövlətdən ibarət coğrafi məkan deyil, Azərbaycan bu ailənin tam hüquqlu üzvüdür və əməkdaşlıq platformasının aktiv iştirakçısına çevrilib.

“Bu yeni status Azərbaycanın gələcək regional proseslərdə rolunu daha da genişləndirəcək. Artıq Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən bütün səviyyəli görüşlərdə - dövlət və hökumət başçılarının zirvə toplantılarında, nazirliklərarası əməkdaşlıq mexanizmlərində, parlament platformalarında, həmçinin dövlət və ictimai təşkilatların birgə tədbirlərində iştirak edəcək. Bu, siyasi dialoqu gücləndirməklə yanaşı, iqtisadi, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, humanitar əməkdaşlıq və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətə yeni dinamika gətirəcək”, - deyə deputat bildirib.

Müşfiq Məmmədli hesab edir ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətində bu şəkildə fəallaşması ölkəmizin Cənubi Qafqazdakı rolunu nə zəiflədir, nə də dəyişir. Azərbaycan Cənubi Qafqaz platformasında olduğu kimi, Mərkəzi Asiya əməkdaşlıq formatında da öz fəaliyyətini paralel və bir-birini tamamlayan şəkildə davam etdirir. Bu iki regional istiqamət arasında sinerji yaratmaq Azərbaycanın həm coğrafi mövqeyi, həm tarixi əlaqələri, həm də çoxvektorlu xarici siyasət kursunun nəticəsidir.

“Biz inanırıq ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının institusional şəkildə möhkəmlənməsi yalnız iştirakçı ölkələr üçün deyil, bütün Avrasiya məkanı üçün yeni strateji imkanlar açır. Xüsusilə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, yeni iqtisadi marşrutların formalaşdırılması baxımından bu inteqrasiya bölgənin inkişafına mühüm töhfə verəcək. Azərbaycan bundan sonra da bu proseslərin mərkəzində dayanmaq potensialındadır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri