Icma.az
close
up
RU
Azərbaycan müstəqil və praqmatik xarici siyasətlə ona yönəlmiş qərəzli münasibətə tutarlı cavab verir

Azərbaycan müstəqil və praqmatik xarici siyasətlə ona yönəlmiş qərəzli münasibətə tutarlı cavab verir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qərbin müəyyən dairələri onsuz da zaman-zaman Azərbaycana qarşı bu və ya digər formada kampaniya aparıblar. Bu kampaniyanın da əsas məqsədi müxtəlif hadisələrin gedişatına və Azərbaycanda keçirilən, Azərbaycanın iştirak edəcəyi hər hansı önəmli tədbirlərdə mövzudan, fəaliyyət istiqamətindən asılı olmayaraq, narrativ üzərində faktiki olaraq, özlərinin bu antiazərbaycan kampaniyasını hər zaman da aparıblar. Hər zaman da onların bu kampaniyası fiaskoya uğrayıb. Bu, birinci Avropa oyunlarında da, dördüncü İslam oyunları astanasında da, ondan bir qədər öncə Avroviziyanın Azərbaycanda keçirilməsi zamanı da bu kimi cəhdlər olmuşdu. Hətta müxtəlif dönəmlərdə Formula yarışları təşkil olunmasından öncə müəyyən cəhdlər var idi. Azərbaycanda hansı mötəbər beynəlxalq tədbir keçirilirsə, bu humanitar forumlar və müxtəlif irimiqyaslı, çoxsaylı dövlət rəhbərlərinin iştirakı ilə keçirilən hansısa sammitlər ola bilər ki, bu tipli tədbirlərin öncəsində dünyanın diqqəti Azərbaycanda olduğu zaman Azərbaycanın uğuruna müəyyən mənada kölgə salmağa cəhdlər olur. Bütün vəchlə çalışırlar ki, dünyanın mütərəqqi qüvvələri bu prosesdə fəal iştirakın qarşısını ala bilməsələr belə, kölgə salmaq məqsədi daşıyan kampaniyalar reallaşdırmağa çalışırlar. Bu da hər zaman fiaskoya uğrayır".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, burada tək erməni lobbisi və ermənipərəst qüvvələr deyil, müəyyən dairələr var ki, onların özlərinin də merkantil maraqları var: "Onlar öz maraqları Cənubi Qafqaz bölgəsində və ya Cənubi Qafqaz bölgəsi üzərindən təmin etmək istəyirlər. Onların bu tipli cılız maraqlarının digər xalqların, dövlətlərin maraqlarının hesabına və ya onu hansısa bir formada ayaq altına almaqla nail olmaq istəyən qüvvələrə Azərbaycan hər zaman tutarlı cavablar verir".

Azər Allahverənov

Deputatın fikrincə, bu tutarlı cavablar həm də Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərlə bağlıdır: "Beynəlxalq hüququn prinsiplərini təməl tutan, BMT-nin 4 qətnaməsini icra edən Azərbaycan istənilən halda dünyanın mütərəqqi qüvvələrinin maraqlarına cavab verən xarici siyasət yürüdür. Kifayət qədər müstəqil, praqmatik və şaxəli olan xarici siyasət kursu faktiki olaraq antiazərbaycan mövqeyində olan dövlətlərin Azərbaycanla bağlı həyata keçirdiyi siyasətinə tutarlı cavabdır".

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri