Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlimdə VİDEO
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Mia.a-a bildirilib ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.
Yekunda tank bölmələri ilə döyüş atışlı təlimin ssenarisinə əsasən, düşmənə yaxınlaşma, şərti düşmən hədəflərinin hərəkətdə və yerindən məhv edilməsi üzrə tapşırıqlar icra olunub.
Təlimin keçirilməsində əsas diqqət tank bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüşdə tank bölmələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinin təmin edilməsinə yönəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















