Icma.az
close
up
RU
Azərbaycan siyasətinin kölgələri: Ramiz Mehdiyev Əli Kərimli xətti və illərlə gizlədilən oyunlar

Azərbaycan siyasətinin kölgələri: Ramiz Mehdiyev Əli Kərimli xətti və illərlə gizlədilən oyunlar

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Son günlər ölkənin siyasi həyatında baş verənlər, dövlətə xəyanət cəhdləri və bu istiqamətdə aparılan araşdırmalarla bağlı ictimai-siyasi fəal Anar Salehoğlu Newscenter.az-a müsahibə verib.
– Anar bəy, son günlər Ramiz Mehdiyev işi ətrafında böyük rezonans yaranıb. Əli Kərimlinin də istintaqa cəlb edilməsi xəbəri gündəmi silkələdi. Sizin mövqeyiniz nədir?
–İllərdir Azərbaycan siyasətində özünü “müxalifət lideri” kimi təqdim edən Əli Kərimlinin hansı mərkəzlərdən qidalandığı, hansı dairələrdən təlimat aldığı barədə cəmiyyətin ciddi şübhələri vardı. İndi isə mediada yayılan məlumatlar, istintaqdan sızan detallar göstərir ki, bu şübhələr əsassız deyilmiş.
Əgər doğrudan da Mehdiyevin Rusiya strukturlarına ünvanladığı məktubun ilkin variantının Kərimlinin evindən tapılması təsdiqini tapsa, bu artıq təkcə siyasi intriqa yox, sistemli şəkildə dövlətə qarşı qurulmuş gizli əməkdaşlığın göstəricisidir.
Bu adam illərlə meydanlarda “hakimiyyətə qarşı mübarizə aparıram” deyib, amma arxa kabinetlərdə Ramiz Mehdiyev kimi qaranlıq fiqurlarla gizli əlaqələr saxlayıbsa – bu müxalifətçilik deyil. Bu, Azərbaycan dövlətinə xəyanətdir.
– Sizcə bu əlaqənin mahiyyəti nə ola bilərdi?
– Ramiz Mehdiyev 20 il Prezident Administrasiyasının rəhbəri olub, sistem daxilində özünə paralel şəbəkə qurmuşdu. Bunu hamı bilirdi. O, öz təsir imkanlarını itirəndə həmin şəbəkəni qorumağa çalışmaq üçün fərqli kanallara, o cümlədən “radikal müxalifət” adlandırılan strukturlara yönələ bilərdi.
Əli Kərimli isə həmişə “daxili sturukturu” olan adam olmayıb. Onun siyasi resursu real sosial dayağa yox, şayiələrə, təbliğata və xarici fondlara bağlı olub. Bu səbəbdən o, Mehdiyev kimi biri üçün ideal “alət” rolunu oynaya bilərdi.
Bunlar düşmən deyildilər – sadəcə rolları fərqli idi. Biri içəridən, biri çöldən təzyiq mexanizmi kimi istifadə olunurdu.
– Siz daim müxalifət mövzularını izləyirsiniz. Bu hadisə real müxalifətlə radikal qrupları ayırmaq üçün nə deməkdir?
– Azərbaycanda müxalifət var, amma Əli Kərimli və onun komandası müxalifət deyil.
Müxalifət:
-dövlətə qarşı işləməz,
-xarici dairələrdən tapşırıq almaz,
-dağıdıcılıq yox, konstruktivlik təklif edər,
-milli maraqları şəxsi qisasdan üstün tutar.
Əli Kərimli isə bu kriteriyaların heç birinə uyğun gəlmir. Onun fəaliyyəti illərdir bir şeyi sübut edir: bu qrup Azərbaycan dövlətinə alternativ təklif etmir, sadəcə xaosdan, nifrətdən və parçalanmadan bəslənir.
Normal müxalifət dövlət quruculuğuna dəstək ola, tənqidi rasional formada edə bilər. Amma bunların fəaliyyəti heç vaxt müxalifətçilik olmayıb – bu, siyasi sabotajdır.
– Prezident İlham Əliyevin fəaliyyəti fonunda bu hadisələrə necə baxırsınız?
– İlham Əliyev 20 ildən çoxdur ki, Azərbaycanı regional gücə çevirib. Dövlətçiliyimiz tarixində ən böyük nailiyyətlər – Qarabağın azad edilməsi, iqtisadi sabitlik, geosiyasi nüfuz – məhz onun rəhbərliyi ilə baş verib.
Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdirsə, bunun əsasında:
-güclü liderlik,
-vətənpərvər siyasi kurs,
-sosial-iqtisadi inkişaf strategiyası durur.
Belə bir şəraitdə Əli Kərimli – Ramiz Mehdiyev xəttinin ortaya çıxması göstərir ki, bəzi qüvvələr həmişə kölgədən dövlətə zərbə vurmağa çalışıb. Amma Azərbaycan dövləti heç vaxt bu cür oyunlara boyun əyməyib.
Bu işin üzə çıxması isə bir daha sübut edir:
“Haqq nazilər, amma qopmaz”.
– Sonda nə demək istərdiniz?
– Bu məsələnin tam həqiqəti istintaq bitəndən sonra məlum olacaq. Amma artıq aydın olan budur: Azərbaycan dövləti heç kimi toxunulmaz saymır. Kimliyindən asılı olmayaraq – keçmiş PA rəhbəri də olsa, özünü müxalifət lideri adlandıran şəxs də olsa – qanunsuzluğa, gizli siyasi oyunlara görə cavab verəcək.
Cəmiyyət isə real müxalifəti radikal, xarici yönümlü qüvvələrdən ayırmağı öyrənməlidir. Azərbaycan dövlətçiliyinə sadiq olmayan heç bir qrup ölkəyə alternativ ola bilməz.
Cavid
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri