Icma.az
close
up
RU
AZƏRBAYCAN VƏ TÜRKİYƏ BUNU BİRGƏ İSTEHSAL EDƏCƏK Bayraktar AÇIQLADI

AZƏRBAYCAN VƏ TÜRKİYƏ BUNU BİRGƏ İSTEHSAL EDƏCƏK Bayraktar AÇIQLADI

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycan Türkiyə ilə birgə “Sivrisinek” adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Bu barədə Türkiyənin müdafiə şirkəti “Baykar”ın baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən “SAHA 2026” müdafiə, aviasiya və kosmik sənaye sərgisində bildirib.

O qeyd edib ki, “SAHA 2026”da təqdim olunan bütün PUA-lar, o cümlədən “Sivrisinek” modeli Azərbaycan zavodlarında istehsal olunacaq. Onun sözlərinə görə, kompakt PUA əsasən yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub və müasir hərbi texnologiyadır. Təyyarənin uçuş məsafəsi təxminən 900-1000 km-dir. Sistem “atəş et və unut” prinsipi ilə işləyir və bəzi versiyaları 80 km-dən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. 

PUA-nın uzunluğu təxminən 3,8 metr, qanadlarının uzunluğu 3,2 metrdir. Maksimum uçuş müddəti 8-9 saatdır. “Sivrisinek” katapultla buraxılır və daxili yanma mühərriki, GNSS və elektro-optik istiqamətləndirmə sistemləri, eləcə də süni intellektlə təchiz olunmuş hədəf tanıma ilə təchiz olunub. Mütəxəssislər bu PUA-ların həm kəşfiyyat, həm də zərbə əməliyyatlarında istifadə edilə biləcəyini təxmin edirlər.

Bu PUA-ların birgə istehsalının Azərbaycan üçün üstünlüyü nədir? Qardaş ölkə ilə daha hansı hərbi məhsulları istehsal edirik?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq sadəcə silah alqı-satqısı mərhələsini çoxdan geridə qoyaraq birgə istehsal və texnologiya transferi mərhələsinə qədəm qoyub: “ “Sivrisinek” PUA-sının Azərbaycan zavodlarında istehsal olunması bu strateji xəttin ən yeni və mühüm nümunələrindən biridir. Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ/İsrail müharibəsi göstərdi ki, daxili istehsal son dərəcə vacib amildir. Bu baxımdan “Sivrisinek” PUA-sının birgə istehsalı Azərbaycana müəyyən üstünlüklər verir. PUA-ların yerli zavodlarda istehsalı ehtiyat hissələrin təmini və texniki xidmət baxımından kənar asılılığı minimuma endirir. Yerli istehsal yeni iş yerlərinin açılması və azərbaycanlı mühəndislərin müasir aviasiya və süni intellekt texnologiyaları üzrə təcrübə qazanması deməkdir. 900-1000 km uçuş məsafəsi və “atəş et və unut” sistemi ordunun operativ imkanlarını genişləndirir, xüsusilə dərinlikdəki hədəflərin yüksək dəqiqliklə məhv edilməsini təmin edir. Eyni zamanda bu dronların Azərbaycanda istehsal edilməsi gələcəkdə onların üçüncü ölkələrə ixracı, ölkənin qeyri-neft sektoru üçün yeni gəlir mənbəyi ola bilər”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyə təkcə dron yox, digər sahələrdə də əməkdaşlıq edirlər: “Azərbaycan Türkiyə şirkətləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif növ zirehli nəqliyyat vasitələrinin modernləşdirilməsi və yığılmasını həyata keçirir. ASELSAN-Bakı zavodun vasitəsilə ordumuzun istifadə etdiyi müasir radio-rabitə sistemləri, daxili xəbərləşmə cihazları və elektron müharibə elementlərinin bir hissəsi yerli olaraq istehsal və ya təmir edilir. Azərbaycanın ROKETSAN ilə əməkdaşlığı sayəsində raket sistemlərinin istiqamətləndirmə blokları və müxtəlif çaplı sursatların birgə istehsalı həyata keçirilir. Azərbaycan Su-25 qırıcılarının təmiri də Türkiyədə həyata keçirilib. Belə ki, Azərbaycan aviasiya vasitələrini Ukraynada təmir etdirirdi. Ukraynadakı müharibədən sonra Su-25 qırıcılarının Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Laçın” layihəsi çərçivəsində modernləşdirilməsi həyata keçirilir. Perspektivdə Türkiyə ilə Azərbaycan arasında digər istiqamətlərdə də işlər aparıla bilərlər. Azərbaycanın Türkiyənin 5-ci nəsil qırıcı təyyarəsi olan KAAN layihəsinə tərəfdaş kimi qoşulması gələcəkdə bəzi komponentlərin Azərbaycanda istehsalına yol aça bilər. İddialar var ki, Azərbaycan gələcəkdə bu döyüş təyyarələrini də ala bilər.

Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Xəzər dənizinin təhlükəsizliyinə ciddi diqqət ayırmağa başlayıb. Hətta Türkiyədən sahil müdafiə sistemləri alıb. Paralel olaraq birgə kater, kater-dron (kamikadze botlar) və sahil mühafizə gəmilərini istehsal edə bilərlər.

Müasir müharibələrin əsas hərəkətverici qüvvəsi olan alqoritmlərin və kiber-təhlükəsizlik sistemlərinin birgə proqram təminatı səviyyəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq da mümkündür. Hesab edirəm ki, Azərbaycanın təkcə Türkiyə ilə yox, eyni zamanda Çexiya və digər ölkələrlə bu tip əməkdaşlığı onu regionun hərbi-sənaye mərkəzlərindən birinə çevirə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri