Icma.az
close
up
RU
Azərbaycan və Türkiyənin qadın vəkilləri futbolda qüvvələrini sınayıblar

Azərbaycan və Türkiyənin qadın vəkilləri futbolda qüvvələrini sınayıblar

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası ilə Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyniadlı komandası arasında yoldaşlıq görüşü keçirib. SİA xəbər verir ki, Bakı şəhərində təşkil edilən görüşdən əvvəl VK Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edərək “Legal Eagles” futbol komandası haqqında iştirakçılara məlumat verib, belə təşəbbüslərin vəkillər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

VK-nın sədr müavini Pərviz Ələkbərov isə çıxışında hər iki komandanı Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb, bu cür yoldaşlıq oyununun qarşılıqlı əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı görüşdə iştirak edən hər iki komandanın üzvlərinə təşəkkür edərək onlara uğurlar arzulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını söyləyib.

Sonra “Legal Eagles” komandasının kapitanı Aynur Hüseyn çıxış edib. O, tədbirin təşkilinə görə minnətdarlığını bildirib və bu cür görüşlərin qadın vəkillərin həmrəyliyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını dilə gətirib.

“Ankara Barosu” komandasının kapitanı Dərya Çağılıyan isə çıxışı zamanı Azərbaycanda bu cür səmimi qarşılanmaqdan məmnunluq duyduğunu ifadə edib, vəkil qadınlar arasında əməkdaşlığın və dostluğun idman sahəsi vasitəsilə gücləndirilməsinin sevindirici hal olduğunu söyləyib.

“Legal Eagles” komandasının rəhbəri Mehriban Məmmədova isə çıxışında deyib ki, bu təşəbbüs yalnız idmanla məşğul olmaq deyil, həm də həmrəyliyin, komanda ruhunun, fiziki və psixoloji sağlamlığın təşviqinə yönəlib.

Sonra qarşılaşmaya start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Yekunda qaliblərə medallar və mükafatlar təqdim edilib.

Görüşün ən yaxşı oyunçusu “Ankara Barosu” komandasının üzvü Qamze Bezan və matçın ən yaxşı qapıçısı isə “Legal Eagles” komandasının üzvü Tünzalə Hacıyeva seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri