Icma.az
close
up
RU
Azərbaycan və Vyetnamın tarixində ortaq acı var ki, hər iki ölkənin xalqı soyqırımlara məruz qalıb

Azərbaycan və Vyetnamın tarixində ortaq acı var ki, hər iki ölkənin xalqı soyqırımlara məruz qalıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Soyqırımı Vyetnam və Azərbaycanın ortaq problemidir. Fransanın soyqırımı siyasəti onun müstəmləkə xalqlarına qarşı tətbiq etdiyi total müharibənin təkamülünün son pilləsidir. Fransa tarix boyu gücünün həm iqtisadi infrastrukturunu, həm siyasi məqsədlərini, həm də şəraitin ideoloji ziddiyyətlərini soyqırımı ilə ifadə etmişdir. İstənilən halda soyqırımı tarixin məhsuludur və hansı cəmiyyətdən digərinə gətirilirsə, məhz onun damğasını daşıyır. Fransanın alnında "soyqırım" damğası var. Fransa soyqırımdan siyasi vasitə kimi istifadə etsə də, faktları gizlədə bilmədi. Fransa hakimiyyəti Vyetnamda dəhşətli qırğınlar və digər vəhşiliklər həyata keçirərkən Vyetnam Xalq Ordusu böyük itkilərə məruz qaldı, xalq artilleriya bombardmanlarından qaçmaq üçün sərhədlər boyu kəndlərini və evlərini tərk etməli oldu, hektarlarla kənd təsərrüfatı sahələri tərk edildi”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, Fransa daxil olduğu cəmiyyətin strukturunu soyqırım strukturları kimi dağıdıcı amillərlə dəyişirdi: “Fransa hətta sənayenin inkişafı zamanı daha kütləvi miqyasda öldürən qurğular istehsal edərək xüsusi amansızlıq göstərirdi. Fransa hökuməti zaman-zaman müxtəlif hüquqşünaslar və hökumətlər vasitəsilə bəşəriyyətin indiyə qədər tanıdığı ən dəhşətli qırğınları “humanistləşdirmək” kimi riyakar cəhdlərə də baş vururdu. Lakin Vyetnam bunu unutmadı və xalqın tarixində və yaddaşında qalması məqsədilə Fransa kolonializminin eybəcər simasını əks etdirən muzey yaratmaqla, fransız işğalçılarının xüsusi amansızlıqla icra edilən işgəncə tədbirlərini nümayiş etdirdi. Cəmiyyəti bu yaralardan islah etmək əvəzinə Fransa xalqların milli kimliklərinin məhvinə yönəlmiş dağıdıcı siyasəti yanlış təbliğatla tez-tez təhrif etməyə çalışır, bununla da bütün cəmiyyətin mənəvi səylərinə zərbə vururdu”.

Azər Badamov

“Azərbaycanla Vyetnam arasında ideoloji baxımdan münasibətlərin dayanıqlı əsaslarla inkişaf etdirilməsi üzrə qətiyyətin və xüsusi həssaslığın göstərilməsinin səbəbi odur ki, həm Vyetnamın, həm də Azərbaycanın yaddaşında soyqırım izi var. Bu mənəvi yara xalqlarımızın ortaq problemidir. Necə ki, azərbaycanlılar məhz azərbaycanlı olduqlarına görə soyqırımına məruz qalırdı, eləcə də Vyetnam xalqı sırf eyni prinsiplə amansızcasına və kütləvi şəkildə qırğınlara məruz qalırdı. Azərbaycan soyqırımdan, separatçı qüvvələrin ölkəmizi bölməsindən, tarixi torpaqlarımızda göz görə-görə kriminal xunta yaradılmasından əziyyət çəkib”-deyən Azər Badamov qeyd edib ki, ortaq problemimiz olan soyqırımı məsələsi üzərində dayanılmalı və bu məsələ arxivlərin öyrənilməsinə həsr olunmuş iş ilə müşayiət olunmalıdır.

Azər Badamov vurğulayıb ki, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatla çıxış edərkən "Dostluq cəmiyyəti"nin yaradılması ideyası ilə çıxış etdi və həmin cəmiyyət daxilində ölkənin ictimai xadimləri birləşərək bu məsələdə ortaq layihələr icra edə bilərlər.

“Mətbuata bəyanatla çıxış edərəkən həm cənab Prezident İlham Əliyev, həm də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi sülhsevər yanaşma sərgiləyərək beynəlxalq hüququn aliliyi, mübahisələrin dinc yolla həlli, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı məsələlərini xüsusilə qeyd etdilər”-deyən deputat hesab edir ki, ortaq tarixi keçmiş ölkələrimizi eyni amal uğrunda birləşdirərək cəmiyyətlərimizi daha güclü və dayanıqlı edəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri