Azərbaycan vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilirlər
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Səyahət bir çox insan üçün əvəzolunmaz bir fəaliyyətdir. Ancaq təəssüf ki, istədiyimiz yerə istədiyimiz kimi səyahət etmək üçün iqtisadi şərait, ölkələr arasında münasibətlər, siyasi proseslər bu baxımdan çox önəmlidir. Çünki bütün bu amillər pasportumuzun bizə nə qədər səyahət azadlığı təmin edəcəyini müəyyənləşdirir. Hər il nəşr olunan Henley Pasport İndeksi bu dəfə də ən güclü passportlar siyahısını açıqlayıb.
Banco.az xəbər verir ki, dərc edilən siyahıda fərqli ölkələrin pasportları vətəndaşların vizasız səyahət edə biləcəyi istiqamətlərin sayına görə sıralanır.
Siyahıda Azərbaycan 67-ci yerdədir. Belə ki, vətəndaşlarımız 70 ölkəyə vizasız gedə bilərlər.
Sinqapur 192 ölkə ilə birinci yerdədir. Bu ölkənin vətəndaşları 227 ölkədən 192-nə vizasız gedə bilirlər. Yaponiya və Cənubi Koreya 188 ölkə ilə ikinci, Danimarka, İspaniya, İsveç, Lüksemburq, İsveçrə isə 186 ölkə ilə üçüncü yerdədirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















