Icma.az
close
up
RU
Azərbaycanda 3 illik bakalavr modeli tətbiq oluna bilər Açıqlama

Azərbaycanda 3 illik bakalavr modeli tətbiq oluna bilər Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır. Artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kredit yükü ilə üçillik bakalavr proqramı təklif edir. Azərbaycanda da belə bir təhsil modelinin tətbiqi mümkündürmü?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda belə bir modelin tətbiqi mümkün ola bilər və müəyyən ixtisaslar üzrə sınaqdan keçirilməsi də məqsədəuyğun olar:
“ABŞ-də hazırda 26 ştatda azaldılmış kredit yükü ilə 3 illik bakalavr proqramları tətbiq olunur. Əsas motivlər təhsil müddətinin və maliyyə yükünün azaldılmasıdır. Azərbaycanda 3 illik bakalavr modelinin tətbiqi mümkündür, amma bunu bütün ixtisaslara şamil etmək düzgün yanaşma olmaz. Hazırda Azərbaycanda tələbənin bakalavr təhsilini müəyyən edilmiş kreditləri daha intensiv şəkildə toplayaraq 4 ildən tez başa vurması üçün imkanlar mövcuddur.
Mən şəxsən tanıdığım, məsələn, Nəzrin xanım var. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 4 illik bakalavr təhsilini 3 ilə başa vurub. Yəni bu imkanlar artıq mövcuddur. Burada əsas məsələ təhsil müddətini sadəcə bir il azaltmaq deyil, təhsilin keyfiyyətini və məzunun əldə etdiyi kompetensiyaları qorumaqdır. Əgər 3 illik proqram müəyyən kreditlərin məzmununun və ya zəruri peşə bacarıqlarının sadəcə sıxlaşdırılması hesabına yaranacaqsa, bunun ciddi riskləri ola bilər. Amma əmək bazarının sürətlə dəyişdiyi bir dövrdə bəzi ixtisaslarda daha çevik model tətbiq etmək mümkündür. Məsələn, biznes, menecment və informasiya texnologiyaları sahələrində müəyyən ixtisaslar üzrə pilot 3 illik proqramlar hazırlana bilər”.
Ekspert bildirib ki, ABŞ-nin təcrübəsi də göstərir ki, bu model xüsusilə biznes və kompüter elmləri kimi sahələrdə daha geniş yayılır:
“Amma tibb, mühəndislik, müəllimlik kimi həm geniş nəzəri baza, həm də praktiki hazırlıq tələb edən ixtisaslarda belə bir keçidə daha ehtiyatlı yanaşmaq lazımdır.
Azərbaycan üçün ən optimal yol 3 və ya 4 il seçimli çevik bakalavr modeli ola bilər. Tələbə akademik göstəricilərinə və seçdiyi ixtisasın proqramına uyğun olaraq daha intensiv təhsil alıb 3 ilə məzun olmaq imkanına sahib ola bilər. Bu, həm tələbənin vaxtına, həm də maliyyəsinə qənaət edir, həm də əmək bazarına daha tez daxil olmasına şərait yaradır. Amma əsas prinsip dəyişməməlidir.
Məqsəd diplomu tez vermək yox, əmək bazarına hazır məzun yetişdirmək olmalıdır”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri