Azərbaycanda 7,1 milyon manatlıq LAYİHƏ
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasına başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, qurum hazırda laboratoriyanın qurulması məqsədilə avadanlıq və lisenziyalar almaq mərhələsindədir.
"AzInTelecom" sözügedən laboratoriyanın qurulmasının 7,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə imzalanıb.
Sənədə əsasən, "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















