Icma.az
close
up
RU
Azərbaycanda boşanma çətinləşdirilə bilər

Azərbaycanda boşanma çətinləşdirilə bilər

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bu ilin ilk 4 ayında 11 min 422 nikaha daxilolma və 6 min 443 boşanma halları qeydə alınıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Azərbaycanda boşanmaların sayının artması cəmiyyətdə ciddi sosial problemlərdən biri olaraq qalır. 

Ailədaxili münaqişələr, iqtisadi çətinliklər, erkən yaşda qurulan ailələr, eləcə də dəyişən sosial münasibətlər boşanmaların artmasına təsir göstərən əsas amillər sırasındadır. Son illər bu istiqamətdə qeydə alınan statistika da problemin aktuallığını göstərir və ailə institutunun möhkəmləndirilməsi məsələsini yenidən gündəmə gətirir. 

Azərbaycanda da ailələrin qorunması məqsədilə boşanma şərtlərinin sərtləşdirilməsi, əlavə hüquqi tələblərin qoyulması mümkündürmü?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, mövcud statistika vəziyyətin nə qədər ciddi olduğunu göstərir: 

"Hər il nikaha daxil olanların sayı azalır, təəssüf ki, boşanmaların sayında isə artım müşahidə olunur. Təbii ki, bunun səbəblərinin araşdırılması istiqamətində müxtəlif tədqiqatlar aparılır və bir neçə amil önə çıxarılır. Bu səbəblər arasında sosial problemlər daha çox vurğulanır. 

Düşünürəm ki, ailələrin dağılmasının qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi və dəstək mexanizmlərinin yaradılması vacibdir. Bəzi hallarda vətəndaşlar boşanma prosedurunun sərtləşdirilməsini təklif edirlər. 

Azərbaycanda məhkəmə təcrübəsində boşanma prosesində əsas götürülən məqam nikahın ləğvini tələb edən tərəfin bu qərarda israrlı və qətiyyətli olmasıdır. Yəni burada boşanmanın səbəbləri o qədər də həlledici rol oynamır". 

Onun sözlərinə görə, bir sıra ölkələrdə boşanmaq istəyən şəxs mütləq şəkildə bunun səbəblərini əsaslandırmalıdır: 

"Həmin səbəblər ciddi xarakter daşımalı və məhkəmə yalnız bu halda nikahın ləğvi barədə qərar verməlidir. Başqa ölkələrdə də nikahın pozulmasını müəyyən tələblərlə çətinləşdirən mexanizmlər mövcuddur. Ancaq hesab edirəm ki, əsas məsələ boşanma prosedurunun çətinləşdirilməsi deyil. 

Əgər boşanmaq istəyən şəxslərin birgə yaşayışı artıq mümkün deyilsə və ailəni qoruyub saxlamaq real görünmürsə, prosedurların sərtləşdirilməsi yalnız formal ailələrin yaranmasına səbəb ola bilər. Ailələrin bütövlüyünü qorumaq üçün onların sosial problemlərinin həllinə yönəlmiş layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı”. 

Vəkil hazırda ailələrin dayanıqlığının qorunmasına yönələn sosial tədbirlərin kifayət qədər olmadığını düşünür: 

“Azərbaycanda ünvanlı sosial yardım proqramı mövcuddur, lakin hər kəs bu yardımdan yararlana bilmir. Bunun üçün müəyyən şərtlər tələb olunur. Məsələn, ailə üzvlərindən birinin rəsmi işləməsi vacibdir. 

Halbuki real həyatda çalışan insanların əhəmiyyətli hissəsi qeyri-rəsmi məşğulluqla fəaliyyət göstərir və bu səbəbdən sosial yardımdan faydalana bilmir. Düşünürəm ki, ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilməlidir". 

O qeyd edib ki, yeni qurulan ailələrə dəstəyin göstərilməsi üçün yeni layihələr hazırlanmalıdır: 

"Ümumiyyətlə, himayəsində azyaşlı uşaqlar olan ailələrin inkişafına və rifahına xidmət edən müxtəlif proqramların həyata keçirilməsinə ehtiyac var. Əlbəttə, bütün məsuliyyəti dövlətin üzərinə qoymaq düzgün olmazdı. 

Azərbaycanda qeyri-hökumət təşkilatları sektoru da fəaliyyət göstərir və onlar bu istiqamətdə layihələrə daha çox üstünlük verməlidirlər. Dövlət qurumları belə təşəbbüslərin maliyyələşdirilməsinə maraq göstərməli, QHT-lərə də ailələrə dəstək vermələri üçün daha geniş imkanlar yaradılmalıdır. 

Hesab edirəm ki, bu cür proqramların həyata keçirilməsi nəticəsində zamanla həm qurulan ailələrin sayında artım, həm də boşanmaların sayında azalma müşahidə etmək mümkün olacaq". 

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: boşanma Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri