Icma.az
close
up
RU
Azərbaycanda insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan işbaz ordusu formalaşır

Azərbaycanda insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan işbaz ordusu formalaşır

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonundakı "8-ci kilometr" bazarında aparılan monitorinqlər ciddi sanitar-gigiyenik pozuntuların olduğunu göstərib. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, ət, toyuq, balıq və süd məhsulları təhlükəli şəraitdə, düzgün saxlanma və temperatur rejimi olmadan satılır. AQTA vurğulayır ki, yaranmış vəziyyətə görə bazar rəhbərliyi məsuliyyət daşıyır və alıcılara təhlükəsiz şərait yaratmaq onların borcudur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, bazarlarda müşahidə olunan antisanitar vəziyyət bu günün problemi deyil:

"Bu, illərdir yığılıb qalan bir məsələdir. Bu gün bazarlarda görünən mənzərə təkcə görüntü problemi yox, həm də birbaşa insan sağlamlığı üçün təhdiddir. Sahibkarların sistemsiz fəaliyyəti nəticədə bu cür mənzərələrin yaranmasına səbəb olur. Bunun adı sistemsiz fəaliyyətdir. Çünki bu gün orada pul qazanmaq insan sağlamlığını kölgədə qoymaq hesabına baş verirsə, bu, artıq açıq şəkildə sistemsiz fəaliyyət deməkdir. Müşahidə olunan antisanitar durum yalnız sözlə deyil, əməli şəkildə aradan qaldırılmalıdır. Əgər tədbir görülmürsə, məsələ insan sağlamlığı hesabına başa gəlir. Yəni insan sağlamlığını təhlükəyə atmaqla pul qazanan bir işbaz ordusu formalaşır. Problem də məhz budur. Bazarlarda ət, balıq, toyuq, meyvə-tərəvəz çirkli masalarda satılırsa, ətraf milçəklə doludursa, satıcı əlcəksiz fəaliyyət göstərirsə, artıq ortada açıq bir təhlükə var deməkdir. Məsələn, satıcı əlcək əvəzinə qəzetlə balığı götürüb tərəzidə çəkirsə, bu, həm gigiyena pozuntusudur, həm də müştəriyə qarşı açıq hörmətsizlikdir. Burada artıq sərt tədbirlər görülməlidir. “Bir daha olmaz, bir daha eləmərəm” dövrü bitməlidir".

Ekspert vurğuladı ki, qaydalara əməl etməyən satıcı dərhal bazardan uzaqlaşdırılmalıdır.

"Bir dəfə xəbərdarlıq, ikinci dəfə dərhal uzaqlaşdırma, üçüncü dəfə isə iş yerinin bağlanması – qayda belə olmalıdır. Yumşaq münasibət dövrü qapanmalıdır. Temperatur rejiminə nəzarət pozulursa, həmin məhsullar müsadirə olunmalıdır. Ətdir, toyuqdur, balıqdır – dəfələrlə demişik ki, soyuq qida zənciri pozularsa, bu məhsullar artıq müştəri üçün bir təhlükə mənbəyinə çevrilir. Temperatur rejiminə əməl olunmayan məhsullar satışdan çıxarılmalı və uzaqlaşdırılmalıdır. Bazarlarda çirkli mühit, pis qoxu və milçək varsa, belə bazarların fəaliyyəti dayandırılmalıdır. Təmizlik prosesi gündəlik nəzarətlə həyata keçirilməli, tullantılar vaxtında çıxarılmalı, bazar mütəmadi dezinfeksiya olunmalıdır. Əgər bu tələblər yerinə yetirilmir­sə, bazar bağlanmalı və yalnız bundan sonra bazar rəhbərliyi məsuliyyət daşıdığını hiss edəcək".

Müsahibimizin fikrincə, bazarlarda aparılan yoxlamalar sadəcə göstəriş üçün olmamalıdır:

"Bu yoxlamalar real təhlükəsizlik məqsədi daşımalıdır. Qanunu pozanlara yumşaq münasibət nəticə etibarilə bu cür antisanitar vəziyyətlərin yaranmasına gətirib çıxarır. Burada istehlakçılar da məsuliyyət daşıyırlar. Təmiz olmayan yerdən mal almamalıyıq. Öz sağlamlığımızı görə-görə təhlükəyə atırıqsa, bu, artıq o deməkdir ki, öz sağlamlığımıza biganəyik. Satıcıdan tibbi arayış tələb etmirik, əlcək geyinməsini istəmirik, əlini çirkli parça və ya səthlərə vurduqdan sonra əti, balığı toxunaraq çəkməsinə etiraz etmirik. Biz tələb etmədikcə bu mənzərə də normal kimi qəbul olunacaq. Bir daha qeyd edirəm: qaydalara əməl etməyənlər üçün sərt tədbirlər görülməlidir. Fəaliyyət dayandırılmalıdır. Bazarda fəaliyyət dayandırılanda rəhbərlik anlayacaq ki, səbəbkar elə özüdür. Oradan pul qazanırsa, qazancını müştəriyə hörmətlə əsaslandırmalıdır. Həmçinin bazarlarda çirkab suların axıdılması, qəssabxana tullantıları, balıq satılan yerlərin tullantılarının açıq ərazilərə atılması qadağan edilməlidir. Ət satılan yerdə yanından qanlı su axırsa və bu normal qəbul edilirsə, problemi dərinləşdirən də elə budur. Hər köşk üçün qapalı tullantı qutuları mütləq olmalıdır".

Mütəxəssis vurğuladı ki, satıcının gigiyenik qaydalara əməl etməsi, tibbi müayinə keçməsi, işləmə icazəsinin olması, əlcək və önlükdən istifadə etməsi məcburi olmalıdır.

"Bazarlarda mütəmadi monitorinqlər keçirilməlidir. Mən özüm bir dəfə müşahidə etdim: dönər satılır, yanında ət, onun yanında toyuq-balıq, bir az kənarda isə meyvə-tərəvəz. İnsanlar isə heç narahat olmadan buradan alış-veriş edirlər. Hətta elə hallar olur ki, dönər satan həm də ət satır. Biz, istehlakçılar olaraq, bu vəziyyətə münasibət göstərməsək, nəticə daha da bərbad olacaq. Və bir daha deyirəm: nəzarət “göstəriş” xətti ilə deyil, sərt şəkildə aparılmalıdır. Ancaq bundan sonra biz bazarlarda istədiyimiz ab-havanı görə bilərik - ağxalatlı, əlcəkli, xüsusi örtüklü satıcılar ordusunu. Yalnız bundan sonra arzuladığımız nəticələri əldə edə bilərik", - deyə İlkin Şirinov qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri