Icma.az
close
up
RU
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır Bu bizə nə vəd edir?

Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır Bu bizə nə vəd edir?

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu ilin avqust ayında Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 1034,4 manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% və ya 14,5 manat çoxdur.
Qeyd edək ki, eyni dövrdə Azərbaycanda adambaşına düşən nominal gəlirlər 8,6% və ya 57,4 manat artaraq 724 manata yüksəlib.
Adambaşına düşən nominal gəlirlərin adambaşına düşən ÜDM-də daha çox artmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın yeniavaz.com saytına verdiyi açıqlamada bildirir ki, nominal gəlirlər və ÜDM-nin artımında qeydə alınan bu cür fərqli dinamika inflyasiyaya səbəb ola bilər:
“Bildiyimiz kimi, adambaşına düşən ÜDM ölkə iqtisadiyyatının ümumi istehsal gücünü göstərir. Adambaşına nominal gəlir isə bu gücdən vətəndaşların əlinə keçən pul gəlirlərini göstərir. Açıqlanan statistikadan belə görünür ki, iqtisadiyyat inkişaf etmir, amma vətəndaşın əlinə daha çox pul keçir”.
Ekspert belə hesab edir ki, belə vəziyyət qısamüddətli dövr üçün təhlükə doğurmasa da, uzunmüddətli dövr üçün xoş olmayan nəticələrə gətirib çıxara bilər:
“Neqativ təsirlərdən biri idxalın artması ola bilər. Əhalinin əlindəki pul ÜDM-dən, yəni yerli istehsaldan daha sürətlə artırsa, o zaman idxaldan asılılıq güclənəcək. Daxildə istehsal olunmayan mallara tələbat yüksəldikdə idxal genişlənəcək, nəticədə ölkənin xarici ticarət balansı mənfi istiqamətə dəyişəcək. Bu vəziyyətin ən ciddi təsiri isə qeyd etdiyimiz kimi inflyasiya ilə bağlı olacaq. Əgər istehsal artmırsa və əhalinin əlindəki pul, yəni nominal gəlirlər artırsa, o zaman məhsullara tələb artacaq. Aydındır ki, tələbin artmasına paralel şəkildə qiymətlər də artacaq. Bunun ən bariz nümunəsini biz qonşu Türkiyə iqtisadiyyatında müşahidə etdik. 2018-ci ildən etibarən Türkiyədə ÜDM istehsalı aşağı düşməyə başladı. Buna paralel olaraq da hər il maaşlar və sosial ödənişlərin artırılması hesabına əhalinin nominal gəlirləri artmağa başladı. Nəticədə son bir neçə ildir ki, Türkiyədə yüksək inflyasiya müşahidə olunur”.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Sentyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see310

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see190

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see189

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see152

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see139

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see124

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri