Icma.az
close
up
RU
Azərbaycanda mənzil qiymətləri sürətlə artır

Azərbaycanda mənzil qiymətləri sürətlə artır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, bu barədə palatanın sentyabr ayı üzrə daşınmaz əmlak bazarı üzrə hesabatında deyilir.

Bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 %, köhnə tikililərdə isə 2,5 % yüksəlib. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində isə mülayim bərpa qeydə alınıb.

Yeni tikili mənzillərin satışında median qiymət sentyabrda 2 850 manat/m², AQP indeksi 108 olub. Qiymət avqustla müqayisədə 2,8 %, 2025-ci ilin dekabrındakı baza göstəricisi ilə müqayisədə 8 % artıb. Median mənzil sahəsi 95 m², median satış qiyməti 271 min manat təşkil edib. Böyük müşahidə bazasına malik rayonlar arasında Bakının Sabunçu, Nərimanov və Nəsimi daha yüksək vahid qiymətlərlə seçilib. Abşeron, Sumqayıt və Qaradağda isə qiymətlər nisbətən aşağı səviyyədə qalıb.

Köhnə tikili mənzillərin satışında median qiymət 2 692,3 AZN/m², AQP indeksi 106,8 təşkil edib. Aylıq artım 2,5 %, baza dövrü ilə müqayisədə artım 6,8 % olub. Model üzrə orta satış müddəti 21,1 gün, median satış müddəti 14,6 gün hesablanıb. Sentyabrda yeni yerləşdirilən elanların median qiymətinin təxminən 2 700 manat/m² olması satıcı gözləntilərinin yüksək qaldığını göstərir.

Kirayə bazarında da artım qeydə alınıb. Yeni tikili mənzillərdə median kirayə 11,03 manat/m², AQP indeksi 101,8 olub. Aylıq artım 3,1 % təşkil edib. Köhnə tikili mənzillərdə median 10,82 manat/m², indeks 108,2 olub və qiymətlər avqustla müqayisədə 1,1 % yüksəlib. Yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edib.

Fərdi yaşayış evlərinin satışında median göstərici 638,2 AHU, AQP indeksi 99,7 olub. Seqment üzrə aylıq 1,3 %-lik azalma qeydə alınıb və qiymət səviyyəsi 2025-ci ilin dekabrındakı baza göstəricisinə yaxın qalıb. Kirayə bazarında median qiymət 9,50 manat/m², indeks 123,3 təşkil edib. Aylıq 7,51 %-lik azalma əsasən mövsümi təklif strukturunun dəyişməsi ilə bağlı olub. Yay aylarında yüksək qiymətlərlə təklif olunan villa və bağ evlərinin payının azalması sentyabrda daha aşağı vahid qiymətli uzunmüddətli kirayə təkliflərinin çəkisini artırıb. Buna görə göstəricidəki dəyişmə ümumi bazar qiymətlərinin eyni həcmdə ucuzlaşması kimi qiymətləndirilmir.

Kommersiya obyektlərinin satışında median qiymət 2 871 manat/m², AQP indeksi 98,4 olub. Avqustla müqayisədə 0,7 %-lik artım qeydə alınsa da, göstərici dekabr 2025-ci ilin baza səviyyəsindən 1,6 % aşağıdır. Model üzrə median satış müddəti 13,2 gün olub. Kommersiya obyektlərinin icarəsində median qiymət 15 manat/m², indeks 98,4 təşkil edib. Aylıq 2,7 %-lik artım avqustdakı korreksiyadan sonra qismən bərpaya işarə edir. Median aylıq icarə haqqı 2 000 manat, indikativ qiymət uyğunlaşma diskontu 13,6 % hesablanıb.

Torpaq bazarında median qiymət 15 899,8 manat/sot, AQP indeksi 119,2 olub. Avqustla müqayisədə 1,4 %-lik azalma qeydə alınsa da, göstərici aprel 2026-cı ilin baza səviyyəsindən 19,2 % yüksəkdir. Xəzər, Səbail və Xətai rayonlarında vahid qiymətlər daha yüksək, Abşeron və Qaradağda isə daha aşağı olub. Çıxarışlı torpaqlarda median qiymət 16 250 manat/sot, çıxarışsız torpaqlarda 10 000 manat/sot təşkil edib.

Qaraj satışında median qiymət 1 200 manat/m², AQP indeksi 93,9 olub. Sentyabrda aylıq 4,3 %-lik bərpa qeydə alınsa da, indeks dekabr 2025-ci ilin baza səviyyəsindən 6,1 % aşağı qalıb. Qarajların icarəsində median qiymət 8,33 manat/m², indeks 124,9 olub. Aylıq 16,7 %-lik azalma qeydə alınıb, lakin göstərici iyul 2026-cı ilin baza səviyyəsini 24,9 % üstələyib. Məhdud müşahidə bazası bu seqmentdə aylıq dəyişmələrin yüksək dəyişkənliyini şərtləndirir.

AQP-nin sentyabr göstəriciləri daşınmaz əmlak bazarında vahid istiqamətli qiymət hərəkətinin olmadığını göstərir. Əsas artım mənzil satışında və şəhər mənzillərinin kirayəsində qeydə alınıb. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində mülayim bərpa, qaraj bazarında isə daha yüksək dəyişkənlik müşahidə olunub.

Qeyd edək ki, AQP dövri olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri açıqlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Oktyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see227

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see225

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see220

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see215

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see209

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see207

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see204

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see203

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see199

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see194

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see193

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see193

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see192

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see191

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri